3.3. Beynəlxalq təcrübə və maliyyə nəzarəti və auditinin əsas
istiqamətləri.
Ölkəmizdə məhz, dövlət idarə strukturlarına daxil olmayan və müxtəlif mülkiyyıt
formalarına əsaslanan, iqtisadi cəhətdən müstəqil olan müəssisələrin yaradılması beynəlxalq
təcrübədə çoxdan və geniş şəkildə istifadə olunan qeyri-dövlət maliyyə nəzarətinin təşkili
üçün obyektiv şərait yaradır.
Bazar iqtisadiyyatı şəraitində idarə (metodunun) nəzarəti daxilində yalnız dövlət
mülkiyyətində olan müəssisələr və büdcə təşkilatları qalacaqdır və yeni mülkiyyət formaları
inkişaf etdikcə, müəssisələrin müstəqilliyi genişləndikcə onun fəaliyyəti azalacaq və qeyri-
dövlət maliyyə nəzarəti ilə əvəz olunacaqdır.
Bazar iqtisadiyyatının təşəkkül tapdığı xarici ölkələrdə strateji v cari nəzarət bu
maliyyənin strateji idarə edilməsinin əsası kimi nəzərdən keçirilir. Bu əsasda bazar
iqtisadiyyatı şəraitində planlaşdırma və nəzarət arasındakı nisbətə baxaq.
ABŞ aparıcı mütəxəssislərinin fikrincə strateji idarəetmə sahəsində nəzarət elə bir
prosesdir ki, onun köməyi ilə kooperasiya rəhbərliyi bütün resursların səmərəli, qənaətlə və
təşkilatın ümumi məqsədlərinə uyğun şəkildə əldə edilməsi və istifadəsinə əmin olmalıdır.
Öz növbəsində maliyyə nəzarəti, onun (nəzarətin) maliyyə resurslarının yaradılması,
bölüşdürülməsi və istifadəsi ilə əlaqədar, maliyyə sahəsindəki strateji və cari məsələlərin
həlli ilə bağlı olan tərəflərdən birinin özündə əks etdirir. Maliyyənin strateji
idarəolunmasının altsistemi daxilində maliyyə nəzarətinin həyata keçirilməsi imkanı
müəssisələrin funksional büdcələri və maliyyə ilə təmin olunur. Burada əks olunan
göstəricilər və nisbətlər maliyyə sahəsində strateji və cari məsələlərin, eləcə də onların
səmərəli şəkildə həlli üçün zəruri olan şərtlərin spesifik xarakteristikası kimi çıxış edir.
Maliyyə nəzarətinin həyata keçirilməsi, funksional büdcələrin və maliyyə planlarının
icrasının nəticələrinin icrasının nəticələrinin həmin sənədlərdə qeyd olunan tələblərlə
müqayisə edilməsi yolu ilə tənqidi şəkildə qiymətləndirilməsini və əsassız kənarlaşmalar
aşkar edildikdə təshihedici tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur.
Strateji və cari maliyyə nəzarəti arasındakı nisbət onların maliyyənin strateji
idarəedilməsinin altsistemindəki rolu ilə müəyyən olunur. Belə ki, starteji maliyyə nəzarəti
bütövlükdə müəssisə tərəfindən maliyyə strategiyasının gözlənilməsinə yönəltmişdir və onun
67
obyektlərinə strateji büdcələrin və perspektiv maliyyə planlarının yerinə yetirilməsinin
nəticələri aiddir.
Cari maliyyə nəzarəti isə bir qayda olaraq aralıq nəticələrin və müəssisələrin maliyyə
fəaliyyətinin proqram istiqamətlərinin uzlaşdırılmasının təmin edilməsi lokal məsələlərini
həll edir.
Deməli, maliyyə sahəsində strateji məsələlərin uğurla həll edilməsi bir çox
cəhətlərdən cari maliyyə nəzarətinin səmərəli nəticələri ilə müəyyən olunur. Bununla
əlaqədar olaraq onun həyata keçirilməsində adekvat şərtlərin təmin olunması və cari
büdcələrdə müəyyən olunan nəzarət maliyyə göstəricilərinin seçilməsi mühüm əhəmiyyət
kəsb edir.
Amerika kooperasiyalarının təcrübəsində ayrı-ayrı bölmələrin büdcələri üzrə bu
məsələ həmin bölmələrin fəaliyyətinin xarakteri və onlar arasında məsuliyyətin
bölüşdürülməsinin müəyyənedici təsiri altında həll olunur. Bölmələrin (məsuliyyət
mərkəzlərinin) beş funksional növü və buna müvafiq olaraq onların fəaliyyətinə nəzarət
etmək üçün istifadə olunan beş qrup maliyyə göstəricisi bir-birindən fərqləndirilir. Birinci
növə istehsal bölmələri aid edilir. Bunları bəzən xərc mərkəzləri (standart cost centres) də
adlandırırlar. Onlar üçün istehsal olunan məhsulun bütün nomenklatutası üzrə material və
əmək məsrəflərinin normativləri və eləcə də əlavə xərc büdcəsi müəyyən olunur.
İkinci satış bölmələri – satış mərkəzləri (revenue centres) aid edilir. Onlar üçün əsas
nəzarət göstəricisi satışın həcmidir. Onların maksimumlaşdırılması əvvəlcədən təsbit
olunmuş qiymətlərin və satışın ən aşağı həddi ilə və resursların həcmi ilə təyin olunmalıdır
ki, bunlar da müvafiq bölmələrə verilir.
Üçüncü növ – inzibati xidmətlər (dispresion mərkəzlər (dispresion centres)) aiddir.
Onların fəaliyyətinin spesifikası praktik olaraq, xərclər və nəticələr arasındakı nisbəti
müəyyən etməyə imkan verir. Onların büdcəsi öz çevikliyi ilə fərqlənir, bir qayda olaraq,
idarələrin özləri tərəfindən müəyyən olunur, xidmət etmənin keyfiyyəti isə ekspert yolu ilə
yoxlanır.
Dörduncü növ – mənfəət mərkəzləri (profit centres) ən müxtəlif bölmələrin, məhsul
istehsalı ilə məşğul olan müəssiələrdə isə praktiki olaraq hər şeyi əhatə edir. Onlar üçün
nəzarət göstəricisi hesablanma mənfəətindən ibarətdir. Bu göstərici mənfəətin həddən artıq
68
çevikliyini kənar edir və özündə yalnız müvafiq bölmə tərəfindən nəzarət edilə bilən
bölmələri cəmləyir.
Bölmələrin beşinci növü – investisiya mərkəzlərindən (investment centres) ibarətdir.
Onlar maliyyə fəaliyyəti istifadə olunan resursların həcmi ilə əlaqələndirilmiş mənfəətin
maksimumlaşdırılmasını nəzərdə tutur. Onların maliyyə fəaliyyətinin əsas göstəricilərinə
(kapitala qayıtma (return on investment)) və ya istifadə olunmuş kapitala vergini çıxmaqla
düşən mənfəət aid edilir.
Cari və strateji nəzarətin konkret vəzifələrinin həlli eləcə də müxtəlif səviyyəli
funksional büdcələrin növ və formalarının səmərəliliyi ilə də təmin olunur. Bölmələrin
büdcələri üçün onların üç əsas növü xarakterikdir.
1. Xərclər üzərində ümumi nəzarət.
2. Xərclər üzərində çevik nəzarət.
3. Büdcə formaları və büdcələrin müəyyən modifikasiyasını nəzərə almaqla mənfəət,
satışın həcmi və kapitala qayıtma.
1. Xərclərə nəzarət tipli büdcələr adətən “xərc mərkəzlərinə” aid edilir. Onlar
bölmələrin maliyyə resurslarına sərt limitləşdirilməsini nəzərdə tutur.
2. Xərclər üzərində çevik nəzarət tipli büdcələr diskrision xərc mərkəzlərinə aid edilir.
Əvvəlkindən fərqli olaraq bu tip büdcələr resursların əsaslandırılmış şəkildə artıq
xərclənməsinə yol verir. Ən nəhayət “satış mərkəzləri”, “mənfəət mərkəzləri” və “investisiya
mərkəzləri” üçün elə büdcələr xarakterikdir ki, onlarda əsas nəzarət və stimullaşdırıcı
göstərici mənfəətdən ibarət olsun. Funksional proqramların cari və strateji büdcələri adətən
mənfəət və zərərlərin, maliyyə resurslarının mənbələri və istifadə istiqamətləri balans
şəklində işlənib hazırlanır. Bu zaman strateji büdcələr funksional büdcələri, ardıcıl qarşılıqlı
təsirini onlar isə öz növbəsində bölmələrin büdcələrinin qarşılıqlı təsirini əks etdirir.
Artıq qeyd olunduğu kimi, bazar iqtisadiyyatı getdikcə genişlənir, ölkələr balansı artır,
nəzarətin obyektləri çoxalır və ölkədə maliyyə göstəricilərinin əsası nəzarətdən başlayırdı.
Bu məqsədlə də ölkələr artıq mülkiyyət formalarının yaradılması ilə əlaqədar yeni siyasət
işləyib hazırlamağa məcbur olurdu ki, maliyyə nəzarətində yaradılan bu yeni istiqamət
müəssisələr, büdcə idarə və təşkilatları, səhmdar cəmiyyətləri və s. üçün əlverişli oldu.
69
1. Qeyd etdiyimiz kimi, bazar münasibətlərinin inkişafı və mülkiyyətin
səhmdar formasının yaradılması qeyri-dövlət maliyyə nəzarətinin yaradılmasını tələb edirdi.
Səhmdar cəmiyyətlərin inkişafl ilə qeyri-dövlət maliyyə nəzarəti xüsusilə auditor nəzarətinin
yaradılması arasında birbaşa əlaqə vardır. Səhmdarların, dövlət vergi müfəttişliyinin,
bankların və başqa təşkilatların səhmdar cəmiyyətinə etibarla yanaşması onun işində
aşkarlığın olması ilə təmin olunur ki, buna da onların maliyyə fəaliyyətinin nəticələrini əks
etdirən və nəşr olunan hesabat balanslarının resallığı ilə nail olmaq olar.
Səhmdar cəmiyyətin maliyyə hesabatlarının yoxlanılması zamanı onların ayrı-ayrı
maddələrinin müqayisəsi yolu ilə alınmış müxtəlif növ nisbi göstəricilər təhlil olunur belə ki,
mütləq göstəricilər heç də həmişə müəssisənin maliyyə vəziyyəti haqqında əyani təsəvvür
yaratmır. Bunlardan qərb müəssisələrinin təcrübəsində daha çox yayılmışlarını göstərək.
A
x.x.
= A
döv
- Ö
c
Xalis cari aktivlər dövriyyə aktivlərindən cari öhdəliklər çıxmaqla alınır.
Məs: Əgər 2009-cu ildə A
döv
=47.000 min manat, 2010-cu ildə A
döv
= 52.000
min manat və həmin illərdə Ö
c
– uyğun olaraq 22.100 min manat və 21.100 min manat olarsa
onda 2009-cu ildə A
x.c
(47.000-22.100=24900) min manat 2010-cu ildə A
x.c
(52.000-
22.100=30.900) 30.900 min manat olar. Cari ildən keçən ilə nisbətən bu aktivlərin 6.000 min
manat (30.900-24.9000) artması şirkətin gələcəkdə inkişafı üçün zəmin yaradır.
Balans təhlili zamanı ödəmə əmsalı tapılır.
Ə
ö
= A
döv
/ Ö
c
Bu əmsal dövriyyə aktivlərinin cari borclara bölünməsi yolu ilə hesablanır. Cari
aktivlərin və öhdəliklərin həddindən artıq aşağı olması onu göstərir ki, səhmdar cəmiyyət öz
hesablarını ödəyərkən bir sıra çətinliklərlə üzləşə bilərlər, həddindən artıq yüksək nisbət isə
şirkət daxilində cari aktivlərin qeyri-qənaətcil istifadə olunmasını nəzərdə tutur. Sənaye
müəssisələrində ödəmə əmsalı 2:1 nisbəti daxilində normal hesab olunur. Bizim misalımızda
bu əmsal 2010-2012-ci illərdə müvafiq olaraq 2.1 və 2.4 təşkil edir ki, bu da şirkətin yüksək
tədiyyə qabiliyyətinin olduğunu göstərir. Ona görə də hər bir cari aktivin növünün cari
aktivlərin ümumi həcminin hansı hissəsini təşkil etdiyini göstərən cari aktivlərin faizlə
tərkibini müəyyən etmək lazımdır. Bütün bu qısamüddətli öhdəliklər il ərzində ödənirlər.
Lakin bütün cari aktivləri nağd pula çevirmək olmur.
|