Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   26   27   28   29   30   31   32   33   34
eliyev hikmet

                                                                  N ə t i c ə 

Son  illər  ölkəmizdə  həyata  keçirilən  iqtisadi  islahatların  gedişini  göstərir  ki,  xalq 

təsərrüfatının bütün sahələrində maliyyə nəzarəti işinin təşkili ilə əlaqədar konkret olaraq bir 

sıra işlər görülmüşdür. 

Buna misal olaraq, Azərbaycan Respublikası Prezidentinin 17.06.1996-cı il “İstehsal, 

xidmət  maliyyə-kredit  fəaliyyətinə  dövlət  nəzarətinin  qaydaya  salınması  və  əsassız 

yaxqamaların  qadağan  edilməsi  barədə”  və  07.01.1999-cu  ildə  “Dövlət  nəzarəti  sisteminin 

təkmilləşdirilməsi  və  sahibkarlığın  inkişafı  sahəsində  süni  maneələrin  aradan  qaldırılması 

haqqında” fərmanlarını göstərmək olar. 

Dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən bir çox hallarda qeyri qanunu və 

iqtisadi böhrandan çıxmasında subyektiv maneələrə yaradırlar. 

Keçmiş  SSRİ  dövründən  miras  qalan  mexanizmi  müasir  tələblərə  öz  hüquqlarından 

sui-istifadəetməsi üçün şərait yaradırdı. Respublikada yeni iqtisadi münasibətlərin yaranması 

və inkişafı mülkiyyət formasından və təşkilati – hüquqi tabeliyindən asılı olmayaraq istehsal, 

xidmət  və  maliyyə-kredit  fəaliyyətinə  dövlət  nəzarətinin  həyata  keçirilməsi  qaydalarının 

dəyişdirilməsini və yeni qanunvericiliklə tənzimlənməsini tələb edir. 

İqtisadi münasibətlərin hazırki səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmi 

tətbiq  etmək  həmin  nəzarətin  daha  məqbul  vasitələrinin  seçmək  bazar    iqtisadiyyatı 

münasibətlərinin  inkişafına  mənfi  təsir  göstərəcək  halların  qarşısını  almaq  üçün  müəyyən 

tədbirlər görülməlidir. 

İqtisadi cinayət xarakterli  faktları aşkar etmək məqsədi  ilə  yoxlamalar,  təftişlər  və s. 

nəzarəti  həyata  keçirmək  zərurəti  yarandıqda  Baş  Prokurorluqda,  Daxili  İşlər  Nazirliyinin, 

Milli  Təhlükəsizlik  Nazirliyinin  əsaslandırılmış  qərarları  və  Mərkəzi  Bankının,  Maliyyə 

Nazirliyinin,  Vergilər  Nazirliyinin  və  Auditor  Təşkilatının  mütəxəssislərinin  iştirakı  ilə 

yoxlamaların  aparılması  məqsədəuyğun  hesab  edilir.  1999-cu  ildən  etibarən  Azərbaycan 

Respublikasının  Nazirlik,  Komitə  və  başqa  mərkəzi  icra  hakimiyyəti  orqanlarında  mövcud 

olan nəzarət-təftiş qürumları ləğv olunmuşdur. 

Dövlət büdcəsindən maliyyələşdirilən nazirlik, idarə və təşkilatların maliyyə təsərrüfat 

fəaliyyətlərinin  yoxlanmasına  habelə  büdcə  vəsaitinin  təyinatı  üzrə  istifadə  olunmasına 



 

73 


nəzarət 

qanunvericiliyə 

uyğun 

olaraq  Respublika  Maliyyə  Nazirliyi  tərəfindən 



həyata keçirilir. 

Mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisə  və  təşkilatlarda  keçirilən 

yoxlamaların  və  təftişlərinin uçotunun aparılması məqsədi  ilə  “Nəzarət kitabçası”nın  təsdiq 

olunması məqsədəuyğun hesab edilmişdir. 

Hər  bir  müəssisənin fəaliyyətində  qeyri-dövlət  maliyyə  nəzarətinin  səmərəli  təşkilini 

aşağıdakı  əsas  istiqamətlər  üzrə  həyata  keçirmək  daha    məqsədəuyğundur:  yüksək  ixtisaslı 

və  peşəkar  mütəxəssis  və  kadrların,  menecerlərin  olması;  zəruri  informasiyaların,  potensial 

imkanların  müəyyən  edilməsi  və  onların  vaxtında  təhlil  edilib,  istifadəsi;  təşkilati 

baxımından  bütün  təsərrüfat  fəaliyyətinin  birləşdirilməsi;  qarşılıqlı  əlaqəlilik  nəticəsində 

qarşıya  qoyulan  məqsədə  və  fəaliyyətin  səmərəliliyinə  nail  olunması;  müxtəlif  şərait  və 

amillərin  təsiri  mövcud  olduqda,  müəssisənin  funksional  fəaliyyətinin  normal 

tənzimlənməsini təmin edən daha təkmil və səmərəli idarəetmə qərarlarının qəbulu; səmərəli 

nəzarət və qiymətləndirmə forması kimi daxili auditin təşkili. 

Qeyri-dövlət  maliyyə  nəzarəti  o  cümlədən,  təsərrüfatdaxili  nəzarətin  müəssisənin 

inkişafı  üçün  xüsusi  əhəmiyyət  kəsb  edən  uçot  siyasətinin  formalaşdırılmasında,  onun 

iqtisadi  siyasətinə  yüksək  səviyyəli  peşəkar  ekspert  rəyinin  verilməsində,  struktur 

bölmələrinin  fəaliyyətinin  təşkilində,  əlaqələndirilməsində,  ümumilikdə  isə  fəaliyyəti 

nəticələrinin  qiymətləndirilməsində  öz  aparıcı  mövqeyi  ilə  çıxış  edir.  Zənnimcə,  müasir 

bazar  iqtisadiyyatı  şəraitində  bu  sahə  daha geniş  anlamda  qiymətləndirilməli  və  bu  anlama 

iqtisadi  təhlillər,  maliyyə  startegiyasının  müəyyənləşdirilməsi,  bazar  amillərinin  tədqiq 

olunması,  idarəetmə  sisteminin  qiymətləndirilməsi  və  bu  sahədə zəruri  təkliflərin  verilməsi 

daxil edilməlidir. 

Hər  bir  müəssisədə  qeyri-dövlət  maliyyə  nəzarəti  mövqeyinin  müəyyənləşdirilməsi, 

onun  predmetinin,  məqsəd  və  vəzifələrinin  konkretləşdirilməsi  sahənin  inkişafı  qarşısında 

duran problemlərdəndir. 

Qeyri-dövlət  maliyyə  nəzarətinin  müəssisənin  fəaliyyətində,  idarəetmə  sistemində 

mühüm rol oynadığını nəzərə alıb, struktur bölmənin məqsəd və vəzifələrinin müəssisədaxili 

və  müəssisəxarici  aspektdən  də  formalaşdırılması,  xüsusilə  də  müvafiq  məqsəd  və 




 

74 


vəzidələrin  içində  təsərrüfatdaxili  nəzarətin  maliyyə-təsərrüfat  fəaliyyətinin  inkişafında 

oynadığı rolu konkretləşdirmək baxımından məqsədəuyğundur. 

Qeyri-dövlət  maliyyə  nəzarətinin  prinsiplərini  əsas  götürərək,  təsərrüfatdaxili 

nəzarətin  strukturunun  yaradılması  prosedurunun  ən  yüksək  formada  təşkili  və  bu  amilin 

muvafiq  qanunvericilikdə,  normativ  bazarda  öz  əksini  tapması  təsərrüfatdaxili  nəzarət  üzrə 

məsuliyyət  səviyyəsinin  artırılmasını  daha  konkret  təmin  etmiş  olar.  Müvafiq  məsuliyyət, 

cavabdehlik  yalnız  müəssisənin  rəhbərliyi  qarşısında  tamamlanmalı,  o  daha  çox  təsisçilər, 

səhmdarlar (onların ümumi iclası) qarşısında öz konkretliyi ilə səciyyələnməlidir. 

Qeyri-dövlət  maliyyə  nəzarətini  həyata  keçirilməsi  üzrə  zəruri  normativ  bazanın 

formalaşması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  aparılan  nəzarət  prosedurlarının  təşkilinin, 

planlaşdırılmasının,  müvafiq  nəzarət  testlərin  həyata  keçirilməsinin  və  onun  nəticəsinin 

qiymətləndirilməsinin  səmərəliliyinin,  məqsədəuyğunluğunun  təmin  olunmasında  vacib 

amildir. 

Azərbaycanda  həyata  keçirilən  islahatlar  qeyri-dövlət  maliyyə  nəzarəti  sahəsində  də 

zəruri  islahatların  aparılmasını  vacibləşdirir.  Bu  sahədə  aparılan  islahatların  əsas  məqsədi 

qeyri-dövlət  maliyyə  nəzarətinin  bazar  münasibətlərinə  və  beynəlxalq  təcrübəyə  uyğun 

olaraq  təşkilinə  nail  olmaqla,  ölkə  iqtisadiyyatında  maliyyə  şəffaflığının  təmin  edilməsinə, 

müəssisədə və sahibkarlıq subyektlərində sağlam maliyyə mühitinin və anlayışlı informasiya 

sisteminin formalaşdırılmasına yönəlməlidir. 

Qeyri-dövlət  maliyyə  nəzarəti  sisteminin  inkişaf  konsepsiyasının  hazırlanmasında 

əsas  diqqət  sahənin  normativ  hüquqi  bazasının  və  təşkilati  strukturunun  formalaşmasına, 

onun  inkişaf  etdirilməsinə  və  təkmilləşdirilməsinə  yetirilməlidir.  Qeyri-dövlət  maliyyə 

nəzarətinin  o  cümlədən,  daxili  auditin  müəssisə  və  sahibkarlıq  subyektlərində  təşkili,  ilk 

öncə,  bu  sahədə  normativ  hüquqi  sənədlərin  hazırlanması  ilə  bağlıdır.  Bununla  əlaqədar 

olaraq,  daxili  auditin  inkişafı  yalnız  sırf  auditlə  bağlı  yeni  qanunvericilik  aktlarının 

hazırlanmasını  deyil,  eyni  zamanda  daxili  auditlər  bağlı  müvafiq  sahələr  üzrə  normativ 

hüquqi aktların qəbul olunmasını və ya mövcud qanunlara əlavə və dəyişikliklər edilməsini 

zəruri  edir.  Belə  qanunlara  “Səhmdar  cəmiyyəti  haqqında”  Qanunu,  “Mühasibat  uçotu 

haqqında”  Qanunun  yeni  redaksiyasını,  mühasibat  uçotu  standartlarını,  “Büdcə  sistemi 

haqqında” və s. qanunları göstərmək olar. 




 

75 


Qeyri-dövlət 

maliyyə 


nəzarətinin  təşkili və inkişafında mühüm istiqamətlərdən 

biri  də  bu  infrastruktur  sahəsi  üçün  kadr  potensialının  hazırlanması  və  onların  peşə-ixtisas 

səviyyəsinin 

təkmilləşdirilməsidir. 

Daxili 

auditorların 

peşə-ixtisas 

səviyyəsinin 

artırılmasında  artıq  Azərbaycanda  fəaliyyət  göstərən  Auditorlar  Palatasının  və  onun 

nəzdindən  yaradılan  Beynəlxalq  Daxili  Auditorlar  İnstitutunun  filialı  olan  “Audit-

Azərbaycan” bölməsinin imkanlarından istifadə etmək məqsədəuyğundur. 

Qeyri-dövlət 

maliyyə 

nəzarətinin 

inkişafında 

keyfiyyət 

meyarlarının 

müəyyənləşdirilməsi  və  təmin  olunması  vacib  məsələdir.  Qeyri-dövlət  maliyyə  nəzarətinin 

aparılmasında 

keyfiyyətliliyin 

təmin 

olunması 



zəruri 

normativ-hüquqi 

bazanın 

formalaşdırılması,  o  cümlədən  beynəlxalq  audit  standartlarının  istifadə  imkanlarının 

müəyyənləşdirilməsi və tətbiqi ilə sıx bağlıdır. 

Müəssisədə  qeyri-dövlət  maliyyə  nəzarətinin  inkişafında  onun  təşkili  və  idarəetmə 

sisteminin bir mərkəzdə, o cümlədən vahid daxili audit struktur bölməsində formalaşması və 

onun tabeçilik mexanizminin dəqiq müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyri-

dövlət  maliyyə  nəzarətinin,  o  cümlədən  daxili  auditin  aparılmasında  obyektivliyi, 

səmərəliliyi  təmin  etmək  üçün  müvafiq  strukturunun  bilavasitə  idarəetmə  sisteminin  (idarə 

heyətinin)  tərkibində  nəzərdə  tutulmaması,  onun  daha  ali  idarəetmə  orqanına  tabe  edilməsi 

zəruridir  (müşahidə  şurasına,  səhmdarların  ümumi  yığıncağına).  Qeyri-dövlət  maliyyə 

nəzarətinin  təşkili  prosesinin bilavasitə  müəssisənin  təsis  sənədlərində  öz  əksini  tapması və 

müvafiq  sənədlərdə  daxili  audit  strukturunun  hüquq  və  vəzifələrinin,  məsuliyyətinin 

müəyyənləşdirilməsi də vacib məsələdir. 

Azərbaycanda  qeyri-dövlət  maliyyə  nəzarətinin  təkmilləşdirilməsi  yalnız  müəssisə, 

təşkilatlar üçün deyil, ümumilikdə dövlət, cəmiyyət üçün də əhəmiyyət kəsb edir. Məhz, bu 

amil 


qeyri-dövlət 

maliyyə 


nəzarətinin 

təkmilləşdirilməsinin 

dəqiq 

tənzimləmə 



mexanizminin,  amilinin  olmasını  ön  plana  çəkir.  Qeyri-dövlət  maliyyə  nəzarəti  sisteminin 

idarə  edilməsinin  tənzimlənməsi  mexanizmləri  kimi  aşağıdakıları  sistemləşdirmək 

məqsədəuyğun hesab edilir; inzibati tənzimləmə mexanizmi; etik tənzimləmə mexanizmi və 

s. 


Müəssisənin fəaliyyətində  qeyri-dövlət  maliyyə nəzarətinin sahəsinə, həcminə  uyğun 

olaraq,  o  cümlədən  daxili  audit  standartlarının  istifadəsi  daxili  normativ  bazanın 




 

76 


hazırlanması  ilə  bağlıdır.  Lakin  müvafiq  standartların  hazırlanması  bu  istiqamətdə 

zəruri  prinsiplərin  nəzərə alınmasını vacibləşdirirş  Daxili  audit standartlarını  hazırlayarkən, 

standartların işlək fəaliyyət sahəsinə və əhatə dairəsinə diqqət yetirmək zəruridir. 

Qeyd  olunanları  nəzərə  alaraq  və  dövlət  nəzarəti  sisteminin  təkmilləşdirilməsi 

məqsədi ilə bazar iqtisadiyyatına keçid dövründə aşağıdakıları təklif edirəm: 

1. Dövlət büdcəsindən ayrılmış büdcə vəsaitlərindən təyinatı üzrə istifadə olunmasına 

dövlət nəzarəti gücləndirilsin; 

2.  2004-cü  ildə  qəbul  olunmuş  “Mühasibat  uçotu  haqqında”  qanun  yenidən  Milli 

Məclisdə baxılsın; 

3.  Dövlət  Maliyyə  Nəzarət  haqqında  qanun  layihəsi  hazırlansın  və  Milli  Məclisdə 

təsdiq olunsun; 

4. Azərvaycan Respublikasında Hesablama Palatasının hüquqları genişləndirilsin; 

5. Maliyyə nəzarətinin həyata keçirilməsinə dünya təcrübəsi nəzərə alınsın; 

6.  Respublikada  qüvvədə  olan  normativ  sənədlər  bazar  münasibətlərdən  şəraitinə 

uyğunlaşdırılsın; 

7. Maliyyə nəzarətinin həyata keçirilməsində maraqlı şəxslərin həvəsləndirilməsi; 

8. Təsərrüfat daxili nəzarətin gücləndirilməsinə şəraitin yaradılması. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin