Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
eliyev hikmet

Qanunqoruyuculuq  funksiyası.  Dövlət  orqanlarının  nəzarət  fəaliyyəti  müəyyən 

qədər  hüquq  mühafizəsidir,  hərçənd  və  yalnız  onun  düşürülmür.  Qanunçuluğu  təmin  etmə 

vasitəsi  kimi  bu  funksiya  vəzifəli  şəxslərin,  vətəndaşların,  qanun  pozuntularının  qarşısını 



 

21 


almağa  yönəldilmişdir  və  qanun  pozuntuları  hüquqi  məsuliyyətə  cəlb  etməkdən  ibarətdir. 

Fəaliyyətdə  olan  qanunvericiliyə  görə,  hər  nəzarət  orqanı  sərbəst  məsuliyyətə  cəlb  etmək 

səlahiyyətinə  sahib  deyildir,  eləcə  də  onların  hamısı  qanun  pozucuların  məsuliyyətə  cəlb 

edilməsi  üçün  yuxarı  təşkilatlar  qarşısında  həmçinin  məhkəmə  orqanları  qarşısında  məsələ 

qaldırmaq hüququna malik deyildir. 

Maliyyə  nəzarət  sistemini  həmçinin  aşağıdakı  elementlər  vasitəsi  ilə  xarakterizə 

etmək olar: 

1)  idarəedici subyektlər 

2)  nəzarətedici subyektlər 

3)  nəzarət olunan subyektlər 

4)  nəzarət obyekti 

5)  nəzarət mexanizmi 

İdarəetmə  subyekt  nəzarət  sistemini  xüsusi  qeyd  etmək  lazımdır.  Çünki  məhz, 

hakimiyyət  səlahiyyəti  əldə  etmiş  idarəetmə  subyekti  idarəetmə  siyasətini  müəyyən  edir,  o 

cümlədən  də,  nəzarət  obyektini;  nəzarəti  həyata  keçirən  şəxsləri  təyin  edir;  yaxud  onların 

səlahiyyətli  nümayəndələrini  təyin  edir,  nəzarətin  nəticələrinə  dair  qərar  qəbul  edir  və  s. 

bunun üçün də idarəetmə subyektini nəzarət sistemindən çıxarmaq məqsədəuyğun deyildir. 

Eləcə də, maliyyə nəzarəti nəzəriyyəsində nəzarət edən təşkilat adətən nəzarət obyekti 

adlanır.  Görünür,  bu  o  qədər  dəqiq  deyil,  belə  ki,  təşkilat-hüquqi  şəxsdir  və  onun  vəzifəli 

şəxsləri hüququn ümumi sistemində obyekt deyil, subyektdir. Ancaq nəzarət obyekti nəzarət 

edilən  subyektlərdir  (bütünlükdə,  yaxud  onun  bir  istiqaməti)  Məsələn,  valyuta  və  gömrük 

nəzarəti həyata keçirildikdə. 

Təklif  olunmuş  sistemdə  daha  mürəkkəb  element  nəzarət  mexanizmidir  (nəzarət 

funksiyasını yerinə yetirməyə imkan verən fəaliyyətdən ibarətdir) Buraya: 

Nəzarətin predmetinin müəyyənləşdirilməsi 

Nəzarət metodu və vasitəsinin müəyyən edilməsi 

Nəzarət subyektinin səlahiyyətinin müəyyən edilməsi 

Nəzarət prosesinin həyata keçirilməsi 

Nəzarətin nəticələrinin qiymətləndirilməsi daxildir. 



 

22 


Bununla  bərabər,  bu  elementlərin  çoxu 

(nəzarət 

prosesinin 

həyata 


keçirilməsindən başqa) idarə edən subyektin səlahiyyətinə daxildir. 

Beləliklə, maliyyə sistemi – bu maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan 

maliyyə nəzarətinin obyekti haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin 

qarşılıqlı əlaqəsidir. 

S.P.Openişev  və  V.A.Jukov  ümumdövlət  maliyyə  nəzarət  sisteminin  aşağıdakı 

strukturunu təklif edir: 

1) nəzarət subyekti (kim nəzarət edir) 

2) nəzarət obyekti (kimi yoxlayırlar) 

3) nəzarət predmeti (nə yoxlayırlar) 

4) nəzarət prinsipi 

5) nəzarət metodu (metodikası) 

6) nəzarət texnikası və texnologiyası 

7) nəzarət nəticəsində qəbul edilmiş qərar 

8) nəzarət effektivliyinin qiymətləndirilməsi 

Bununla  bərabər  qeyd  olunur  ki,  sadaladığımız  nəzarət  sisteminin  elementlərini 

bütövlükdə,  maliyyə  nəzarəti  mexanizmi  təşkil  edir  ki,  bu  da  normativ  hüquqi  aktda  öz 

əksini tapır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

23 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin