33
Hüquq ədəbiyyatında belə bir fikir irəli sürülür ki, gömrül orqanları tərəfindən
vergi və rüsumların yığılması, gömrük ödəmələri üzərində nəzarət, gömrük orqanlarının
hərəkət (və ya hərəkətsizliyi), aktlarından şikayət verilməsi, məsuliyyətə cəlb etmə zamanı
baş verən münasibətlər kifayət qədər mürəkkəbdir və müxtəlif hüquq sahələri normaları ilə
nizama salınır. Azərbaycan Respublikası Vergi Məcəlləsi bu münasibətlərə adı çəkilən
halda, yəni vergi və gömrük rüsumlarının alınması zamanı müəyyən hallarda təsir edir.
Məsələn, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sansksiyalarının məbləğlərinin
qaytarılması, bu Məcəllənin 87-ci maddəsinə və Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinin 123-cü maddəsinə əsasən, eyni cür həllini tapır, yəni bu məbləğlər ödəyicilərə
qaytarılır. Vergilər barəsində bu hal olduqda, gömrük orqanları vergi orqanlarının
səlahiyyətlərindən istifadə edirlər.
Gömrük orqanlarının gömrük ödəmələrinin ödənilməsi üzərində nəzarət fəaliyyəti
aşağıdakı aktlarla nizama salınır:
- Azərbaycan Respublikası Gömrük Məcəlləsi;
- Azərbaycan Respublikası Vergi Məcəlləsi;
- “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 20 iyun
1995-ci il tarxili qanunu;
- beynəlxalq-hüquqi müqavilələr və respublikanın iştirakı ilə bağlanan sazişlər;
- qanun qüvvəli aktlar.
Azərbaycanda müasir gömrük işinin əsası 1991-ci ildən dövlətimiz müstəqillik
qazanandan sonra qoyulmuşdur. Gömrük qanunvericiliyi Azərbaycan Respublikasında daxili
bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə xarici ticarətin dövlət
tənzimləməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi,
həmçinin Azərbaycanın gömrük sərhədindən keçən mallardan gömrük rüsumu tutulması
qaydalarını müəyyən edir. Müasir mənada gömrük işi dövlətin daxili və xarici siyasət
fəaliyyəti ilə bilavasitə bağlı olan mürəkkəb, kompleks münasibətlərdir.
Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli Qanunu ilə qəbul edilmiş
Gömrük Məcəlləsinin 1-ci maddəsinə əsasən, respublikada gömrük fəaliyyəti Azərbaycan
Respublikası sərhədlərindən malların, nəqliyyat vasitələrinin keçirilməsi qaydaları və
34
şərtləri, gömrük ödəmələrinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti
və gömrük siyasətinin həyata keçirilməsinin digər formalarlnı təşkil edir.
Müasir dövrdə maliyyə nəzarəti sahəsində bankların xüsusi rolunu qeyd etmək
lazımdır. Bazar iqtisadiyyatı qanunauyğunluqları bank fəaliyyətini və bu fəaliyyətin tərkib
hissəsi kimi, bank nəzarətini daha əhəmiyyətli və zəruri etmişdir. Bu onunla əlaqədardır ki,
iqtisadiyyatın və başqa sahələrin köklü dəyişiklikləri bank sisteminə və bank sahəsində
vəzifələrə təsir edir.
Maliyyə nəzarətinin bu növü hər şeydən əvvəl bank ssudalarından istifadənin
səmərəliliyinin yüksəldilməsi və ödəmə intizamının möhkəmləndirilməsinə yönəlmişdir.
Belə ki, bank kreditində qoyulmuş şərtlər: əvəzli, müddətli və qaytarılmaq şərtləri,
kreditləşmə prosesində bank nəzarəti üçün əsasdır və bu nəzarət, eyni zamanda, kreditin
qaytarılması üçün real təminatdır və zəruri şərtdir.
Bank nəzarəti sistemində Milli Bankın həyata keçirdiyi nəzarət xüsusi yer tutur.
Milli Bankın bank nəzarəti “Banklar və bank fəaliyyəti” haqqında Qanunun 50-ci
maddəsinə əsasən həyata keçirilir. Belə ki, kredit təşkilatının illik maliyyə-təsərrüfat
fəaliyyəti ancaq onun seçdiyi, yaxud lazımi hallarda Milli Bankın təyin etdiyi auditor
tərəfindən yoxlanılmalı və yoxlamanın nəticələri Milli Banka bildirməklə, müəyyən olunmuş
formavə müddətlərdə illik balans, mənfəət və zərər barədə hesabat mətbuatda dərc
edilməlidir.
Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin imkişaf etməsi, beynəlxalq ticarətin inkişafı,
bazar münasibətlərinin inkişafı ilə bank nəzarətindən müstəqil bir nəzarət sahəsi kimi ayrılan
valyuta nəzarətini xüsusi qeyd etmək lazımdır.