Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 78,61 Kb.
səhifə1/7
tarix05.03.2023
ölçüsü78,61 Kb.
#86703
  1   2   3   4   5   6   7
referat 335


Azərbaycan Respublikası Təhsil Nazirliyi.
Azərbaycan Dövlət İqtisad Universiteti.


Kafedra: İqtisadiyyatın dövlət tənzimlənməsi.


Mövzu: İqtisadiyyatda struktur dəyişiklikləri və sahələrin yerləşdirilməsinin tənzim olunması


Fakültə: İqtisadiyyatın tənzimlənməsi.


Kurs:


Qrup:


Tələbə:


Rəhbər: .
Bakı -2006
İqtisadiyyatda struktur dəyişiklikləri və sahələrin yerləşdirilməsinin tənzim olunması

  1. Giriş.................................................................................3




  1. Sahələrin və regionların struktur dəyişikliklərin nəzəri əsaslandırılması və institutsional təminatı.....................5




  1. İqtisadiyyatın sahələrində struktur dəyişikliklər həmin sahələrin rəqabətqabiliyyətliliyinin artırılması amili kimi..................................................................................14




  1. Müasir mərhələdə Azərbaycanda struktur dəyişikliklərin və struktur islahatların əsas istiqamətləri.......................20




  1. Nəticə................................................................................28



Giriş.

Ölkə təsərrüfatının sabitləşdirilməsi və bazar iqtisadiyyatının gələcək fəaliyyəti onun strukturunda keyfiyyət dəyişiklikləri, dövlətin səmərəli struktur siyasəti ilə ayrılmaz surətdə əlaqədədir. Yeni texnoloji inqilab cəmiyyətin iqtisadi sistemində müəyyən struktur dəyişikliklərin kompleks öyrənilməsi vəzifəsi, habelə onların təcrübi tətbiqi yollarının və metodlarının işlənib hazırlanması ön plana çəkilir. Verilmiş vəzifə bazar iqtisadiyyatına keçid dövründə ölkəmiz üçün xüsusilə böyük əhəmiyyət kəsb edir.


Kurs işində əsas diqqət isə struktur dəyişikliklərin spesifik tədqiqat aparatına, iqtisadiyyatın strukturunda dəyişikliklərin əsas qanunauyğunluqlarının öyrənilməsinə yönəldilmişdir. Qarşıya qoyulmuş belə məqsəd isə struktur dəyişikliklərin istənilən vaxt intervalında iqtisadi fenomen kimi öyrənilməsini nəzərdə tutur. Bununla yanaşı, biz ölkə iqtisadiyyatının müasir vəziyyətinə müraciət edəcəyik, mütərəqqi struktur dəyişikliklərin kifayətsiz dinamizmi daha inkişaf etmiş ölkələrlə müqayisədə onun iqtisadi strukturunun inkişafında geri qalmasına, istehsalın mövcud strukturu, bölgü, mübadilə, istehlak və cəmiyyət tələbatları arasında uyğunsuzluğun yaranmasına səbəb olmuşdur.
Səmərəli iqtisadi struktura nail olunması məqsədilə struktur dəyişikliklərin istiqamətlərinin müəyyənləşdirilməsi problemi xüsusi əhəmiyyətə malikdir. Iqtisadiyyatda struktur dəyişiklikləri dedikdə yalnız müsbət istiqamətli dəyişikliklər deyil, eyni zamanda əks istiqamətdə baş vermiş dəyişikləri də nəzərə almaq lazımdır. Iqtisadiyyatda irəliləyişlər yalnız, iqtisadi inkişafın nəticəsi kimi deyil, iqtisadiyyatın arasıkəsilməz tərəqqi amili kimi nəzərdən keçirilməlidir.
Kurs işində nəzərdən keçirilən əsas məsələlərdən biri də iqtisadiyyatda struktur tarazlığı, struktur dəyişiklikləri nəzəriyyəsinin dünya iqtisadi fikirlərin əsas istiqamətləri ilə qarşılıqlı əlaqəsi hesab olunur. Ölkə iqtisadiyyatına münasibətdə əsas çətinliklərdən biri də, tarazlıq vəziyyətinin olmaması, bir-birinə zidd daxili və xarici şəraitdə böhrandan çıxmağa imkan verən, istehsalın səmərəliliyini artıran struktur dəyişikliklərin həyata keçirilməsi hesab olunur.
Qeyd etmək lazımdır ki, struktur dəyişiklikləri sahəsində tətbiq olunacaq fəaliyyətlər strateji əhəmiyyətə malikdir. Aydındır ki, bütün münasibətlərdə optimal olan real iqtisadi struktur mövcud deyildir və olmayacaqdır. Belə hallarda, iqtisadi nəzəriyyədə yeni yanaşmalar, mövcud iqtisadi vəziyyətin tənqidi təhlili, əməli təcrübənin obyektiv qiymətləndirilməsi olmadan həyata keçirilməsi mümkün olmayan iqtisadiyyatda struktur dəyişiklikləri proqramının işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
Struktur dəyişikliklərin tədqiq olunmasının əhəmiyyəti, həmçinin bu məsələlərin yerli və xarici iqtisadi ədəbiyyatlarda kifayət qədər işlənməməsi ilə şərtlənir.
Struktur dəyişikliklərin tədqiqinin müasir mərhələsi keçid dövrü problemlərinin kifayət qədər dərin öyrənilməsi ilə xarakterizə olunur. Müasir elmi mühitdə struktur dəyişiklikləri problemlərinin tədqiqi və qanunauyğunluqlarının aşkarlanmasına onların ictimai sistemin sosial-iqtisadi tərəqqisi ilə qarşılıqlı əlaqəsinin öyrənilməsinə daimi maraq olmuşdur. Lakin buna baxmayaraq, iqtisadi ədəbiyyatlarda struktur dəyişiklikləri problemi hələ də kifayət qədər işlənməmiş qalır.
Kurs işinin əsas məqsədi iqtisadiyyatda struktur dəyişikliklərin vahid nəzəriyyəsinin, tədqiqat metodologiyasının yaradılması, iqtisadiyyatda struktur dəyişikliklərin əsas istiqamətləri, onların iqtisadi sahələrin yerləşdirilməsinə təsiri və s. hesab olunur ki, qarşıya qoyulan bu məqsədlər aşağıdakı bölmələrdə tədqiq olunmuşdur:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin