Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti


Iqtisadiyyatın siyasi iqtisadi strukturu



Yüklə 78,61 Kb.
səhifə3/7
tarix05.03.2023
ölçüsü78,61 Kb.
#86703
1   2   3   4   5   6   7
referat 335

Iqtisadiyyatın siyasi iqtisadi strukturu. O, xalq təsərrüfatının strukturunu sahələr, ərazilər, mülkiyyət növləri üzrə proporsional bölünmüş müxtəlif istehsal qüvvələrinin məcmusu kimi göstərir. Strukturun siyasi iqtisadi anlayışı istehsalın xüsusi və maddi amillərinin regionlar, iqtisadi zonalar, ərazi kompleksləri üzrə bölgüsünün strateji və taktiki əsasında durur. Siyasi iqtisadi struktura ictimai-iqtisadi münasibətlərin də strukturu daxil edilir.

Şəkil 1. İqtisadiyyatın siyasi iqtisadi strukturu.

Şəkil 1-də iqtisadi strukturun siyasi iqtisadi anlayışı ilə qarşılıqlı əlaqədə təşkil olunan istehsal qüvvələri və ictimai-iqtisadi münasibətlər sistemi verilmişdir.




Iqtisadiyyatın təşkilati-funksional strukturu təşkilatların və idarəetmə səviyyəsi üzrə, həmçinin maraqlar çərçivəsində, iqtisadi sabitlik (o cümlədən struktur) üzrə milli iqtisadiyyatı əks etdirir. Iqtisadi ədəbiyyatlarda iqtisadiyyatın strukturunu hər şeydən əvvəl təşkilati-idarə nöqteyi nəzərindən təhlil edirlər və bu metodoloji olaraq, təsdiq olunmuşdur, belə ki, təşkilati-texnoloji, onlarda insanların sistemli münasibətlərinin xüsusiyyətlərinə və özünü inkişafın daxili amillərinə malik struktur dəyişikliklərinin iqtisadiyyatı xalq təsərrüfatı sistemində əsas altsistem rolunu yerinə yetirir. Onlar nisbətən müstəqildirlər, lakin iqtisadi qanunlara əsasən bir-birindən asılıdırlar. Bu qarşılıqlı asılılıq ümumi tarazlıq nəzəriyyəsi ilə təsdiq olunur; o sahələrarası balansın yekununda və iqtisadiyyatın optimal inkişafının makro modellərində nəzərə alınır.
Iqtisadiyyatın təkrar istehsal strukturu. Belə yanaşma hər zaman istehsalın strukturunun təhlilinin elmi əsası hesab olunmuşdur. Təkrar istehsal nəzəriyyəsinə əsaslanaraq, xalq təsərrüfatının strukturunun əsas elementləri və onun tərkibi, onun inkişaf qanunauyğunluğunu, onun strukturunun dəyişməsinə və təkmilləşməsinə təsir göstərən amilləri müəyyənləşdirirlər.
İqtisadiyyatın müasir ictimai təkrar istehsal strukturu, əsas struktur asılılıqları, həmçinin iqtisadi təkrar istehsal sisteminin özünü idarə mexanizmi, özünü inkişafın əsas amillərinin formalaşması mexanizminin göstərildiyi müntəzəm olaraq, bərpa edilən təkrar istehsal tsikli şəklində verilə bilər. Real təcrübədə təkrar istehsal yanaşma iqtisadiyyata konkret istehlak nemətlərinin təkrar istehsalı proseslərinin yekunu kimi baxmağa imkan verir.
İqtisadiyyatın strukturunun təhlilinin təkrar istehsal prinsipi onu müntəzəm fəaliyyətdə, dəyişiklikdə olan, öz-özünü inkişaf etdirən və özünü bərpa edən dinamik kateqoriya kimi xarakterizə etməyə imkan verir.

Yüklə 78,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin