Şəkil 1. Potensial istehsalın məcmu təklifə təsiri.
Qrafikdə potensial istehsalın artımı məcmu təklifi artırır və AS əyrisini sağa doğru AS1 vəziyyətinə hərəkət etdirir.
Qeyd etdiyimiz kimi məcmu təklifə yalnız potensial istehsal deyil, eyni zamanda istehsal məsrəfləri də təsir göstərir. Istehsal məsrəflərinin artması ilə müəssisə istehsalı mövcud həcmdə yalnız yüksək qiymətə təklif etməyə hazırdır və istehsal məsrəflərinin məcmu təkliflə qarşılıqlı əlaqəni qrafik olaraq aşağıdakı kimi göstərə bilərik.
Məsrəflərin artımı
Şəkil 2. Məsrəflərin məcmu təklifə təsiri.
İstehsal məsrəfləri artdıqda, potensial istehsal dəyişmədikdə, AS əyrisi şaquli olaraq, yuxarıya doğru AS vəziyyətindən AS”vəziyyətinə doğru hərəkət edir.
Həqiqətdə isə məcmu təklif əyrisi hər iki amilin həm potensial istehsal, həm də istehsal məsrəflərinin təsiri altında müəyyən istiqamətdə hərəkət edir.
Məcmu təklif və potensial istehsal.
Şəkil 3. Məcmu təklifin potensial istehsal və istehsal məsrəfləri ilə qarşılıqlı əlaqəsi.
Ümumiyyətlə əgər müəssisə məhsul istehsalı həcmini artırmaq istəyirsə, bunun üçün böyük əmək tələb olunur və buna görə də müəssisə əlavə işçi əldə etmək üçün əmək bazarında digər müəssisələrlə mübarizə aparmalıdır. Belə ki, müəssisənin ehtiyacı, əməyin kəmiyyəti artdıqda, əmək haqqı tarifləri də artır. Istehsal və məşğuliyyətin artması əməyə tələbi artırır, bu isə əmək haqqının, əmək ödənişi məsrəflərinin artımına, deməli qiymət artımına səbəb olur. Əksinə, məşğulluq və məhsul istehsalının azaldılması əmək bazarında rəqabəti azaldır, işçilər iş tapmaqda çətinlik çəkir və nəticədə əmək məsrəfləri azalır.
Əmək haqqının təsvir olunan vəziyyəti bu formul vasitəsi ilə əks oluna bilər: cari əmək haqqı əvvəlki dövrün əmək haqqı ilə əmək bazarının vəziyyətindəki düzəlişin cəminə bərabərdir. Bu düzəlişi əmək haqqının tsiklik komponenti adlandırmaq olar. Bu termin, işsizlik vəziyyətində əmək haqqı əvvəlki səviyyəsinə nisbətən aşağı düşmə tendensiyasına malik olduğu, əmək bazarında defisitlik müşahidə olunduqda, yəni müəssisə əlavə işçi qüvvəsi axtardıqda, onun artmaq tendensiyasına malik olduğu faktı bildirir.
Cari əmək = Əvvəlki dövrün+Əmək haqqının
Haqqı əmək haqqı tsiklik komponenti
Əmək haqqının tsiklik komponenti AS əyrisinin şəkil 4-dən göründüyü kimi yuxarı istiqamətlənməsinin əsas səbəbi hesab olunur. Yaranan işsizliklə əmək haqqının azalması xüsusi əmək məsrəflərini azaldır, deməli qiyməti aşağı salır. Məhsul istehsalı və məşğulluğun genişlənməsi nəticəsində əmək haqqının artması əmək məsrəfləri və qiyməti artırır.
Dostları ilə paylaş: |