Artan sırada məlumat: 11 12 13 16 16 17 18 21 22
(n = 9)
Q1-in yeri = 0.25(9+1) = 2.5 olduğundan onun qiyməti 2-ci və 3-cü yerdə dayanan ədədlərin
ədədi ortasına bərabərdir. Ona görə də Q1 = 12.5
İnterkvartil En
Artan sırada olan ədədlərin ortada yerləşən 50%-inin arasında olan eni göstərir.
İnterkvartil en = ( 3-cü kvartil) – (1-ci kvartil) və ya İKE = Q3 – Q1.
Misal:
Xarakteristik Beş Ədəd
Xarakteristik beş ədəd dedikdə variasiya ölçüləri olan maksimum, minimum, birinci
kvartil, median, üçüncü kvartil və maksimum başa düşülür. Aydındır ki,
Minimum < Q1< Median < Q3< Maksimum
Populyasiyanın Dispersiyası
Populyasiyadakı ədədlərin onların ədədi ortasından olan fərqlərin kvadratlarının
ortalamasına populyasiyanın dispersiyası deyilir. Populyasiyanın dispersiyası aşağıdakı düsturla
hesablanır:
Burada:
μ - populyasiyanın ədədi ortası
N - populyasiyanın ölçüsü.
xi - populyasiyadakı i-ci ədəddir.
Nümunənin Dispersiyası
Nümunədəki ədədlərin onların ədədi ortasından olan fərqlərin kvadratlarının ortalamasına deyilir (təqribi olaraq). Nümunənin dispersiyası aşağıdakı düsturla hesablanır:
Burada:
̅x -nümunənin ədədi ortası
n - nümunənin ölçüsü.
xi- nümunənin i-ci ədədidir.
Populyasiyanın Standart Meyletməsi
Populyasiyanın variasiyasının əsas ölçüsüdür.Populyasiyanın ədədi ortası ətrafında
səpilməni göstərir.Populyasiyanın standart meyletməsi aşağıdakı düsturla hesablanır
Nümunənin Standart Meyletməsi
Nümunənin variasiyasının əsas ölçüsüdür. Nümunənin ədədi ortası ətrafında səpilməni göstərir. Nümunənin standart meyletməsi aşağıdakı düsturla hesablanır.
Həm populyasiyanın, həm də nümunənin standart meyletməsi onların dispersiyasının
kvadrat kökünə bərabərdir.
Standart Meyletmənin Müqayisəsi
Yuxarıda verilmiş şəkildən demək olar ki, standart meyletmənin böyük olması ədədlərin ədədi ortadan böyük məsafədə olması, standart meyletmənin kiçik olması ədədlərin ədədi ortadan kiçik məsafədə olması deməkdir.
Dispersiya və Standart Meyletmənin Xassələri
Məlumatdakı hər bir ədəd hesablamada istifadə olunur. Ədədi ortadan uzaqda olan
ədədlər qiyməti artırır. Dispersiyanın vahidi baxılan kəmiyyətin vahidinin kvadratına bərabərdir. Standart meyletmə isə baxılan kəmiyyətlə eyni vahidlə ölçülür.
Variasiya Əmsalı
Variasiya ölçüsüdür və həmişə faizlə göstərilir. Ədədi ortaya nəzərən dəyişməni göstərir. Yəni standart meyletmənin ədədi ortanın neçə faizi olduğunu göstərir. İki və daha çox sayda müxtəlif vahidlərlə ölçülən dəyişənlərin müqayisəsi üçün istifadə olunur. Variasiya əmsalı aşağıdakı düsturla hesablanır.
Burada:
̅x -nümunənin ədədi ortası, s - nümunənin standart meyletməsidir.
Variasiya Əmsallarının Müqayisəsinə Misal
Birjada il ərzində iki növ A və B aksiyaları satılmışdır. Aşağıda bu aksiyaların qiymətlərinin il ərzində dəyişməsi haqqında məlumat verilmişdir.
Hər iki aksiyanın eyni standart meyletməsi var lakin B aksiyasının dalğalanması onun
ədədi ortasına nisbətən daha azdır.
Ədəbiyyat siyahısı
1. Statistika dərs vəsaiti. F.N. Əliyev, C.İ. Mikayılov, Y.N. Əliyev.
Dostları ilə paylaş: |