İnformasiya texnologiyalarının əsas anlayışları İnformasiya anlayışı və informasiyanın əsas xassələri. İnfor-masiya texnologiyaları və informasiya sistemləri. İnformasiya-nın təsvir formaları. İnformasiyanın növləri. İnformasiyanın əsas prosesləri: toplanılması, saxlanılması, emalı və ötürülməsi. İnfor-masiyanın ölçü vahidləri. Say sistemləri. Kodlaşdırma anlayışı.
2
2
2
23.02.2023
Kompüterin aparat təminatı Kompüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri. Kompüterlərin müxtəlif əlamətlərə görə təsnifatı. Fərdi kompü-terlərin tərkib hissələri və iş prinsipi. Fərdi kompüterlərin əsas qurğuları (sistem bloku, monitor, klaviatura) və onların təyinatı. Daxili və xarici yaddaş qurğuları. Periferiya qurğuları.
2
2
3
02.03.2023
Kompüterin proqram təminatı Proqram təminatı və onun təsnifatı: sistem proqram təminatı (System software), tətbiqi proqram təminatı (Application soft-ware) və instrumental proqram təminatı (Software tools). Əmə-liyyat sistemləri və onların təsnifatı. Əməliyyat sisteminin nüvə-si. Viruslar və antivirus proqramları.
2
2
4
09.03.2023
16.03.2023
Windows əməliyyat sistemi (ƏS) Windows ƏS-nin inkişaf tarixi və əsas xüsusiyyətləri. Windows ƏS-nin əsas anlayışları. Windows ƏS-nin əsas obyektləri: fayl, qovluq (folder), qısayol (shortcut). Windows ƏS-nin əsas komponentləri:iş masası (Desktop), baş menyu (Start), tapşırıqlar paneli (Taskbar) və onlarla iş. Windows ƏS-də pəncərələrin növləri və onlarla iş prinsipləri. Qovluq və fayllar üzərində əməliyyatlar. Proqram və faylların axtarışı. Şablonlardan istifadə (*, ?). Mübadilə buferi. Windows ƏS-də idarəetmə paneli (Control Panel) və onunla iş prinsipləri.
4
2
5
23.03.2023
Alqoritmləşdirmənin əsasları Məsələlərin kompüterdə həlli mərhələləri. Alqoritm anlayışı. Alqoritmin əsas xassələri. Alqoritmlərin təsvir üsulları. Alqorit-min tipik strukturları: xətti, budaqlanan və dövri. Ən sadə alqo-ritmlər: cəmlərin, hasillərin, maksimal və minimal elementlərin hesablanması.
2
2
6
30.03.2023
Word mətn prosessoru və onun iş prinsipi Microsoft Word mətn prosessorunun təyinatı və onun əsas xüsu-siyyətləri. Word proqram pəncərəsi və onun əsas komponentləri. Word-da Lent (Ribbon) istifadəçi interfeysi. Sürətli müraciət alətləri və vəziyyət paneli.
Mətnin daxil edilməsi və redaktəsi. Mətn sahəsində hərəkət. Mətn fraqmentinin seçilməsi. Mətn fraqmentlərinin yerinin dəyişdirilməsi və surətinin köçürülməsi. Drag and Drop texnolo-giyası. Mübadilə buferi ilə iş.
Fayl əməliyyatları. Mətnin formatlaşdırılması. Üslublar. Səhifələ-rin formatlaşdırılması. Sənədə müxtəlif obyektlərin əlavə edilmə-si. Cədvəllərlə iş. Sənədin görünüş rejimləri. Mündəricatın hazır-lanması. Sənədin icmalı.