Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakultə: Tikinti-İqtisad Kafedra: Kurs işi


Azərbaycan Respublikasında tikintidə qiymətin əmələ gəlməsində mövcud problemlər



Yüklə 52,32 Kb.
səhifə6/8
tarix20.12.2022
ölçüsü52,32 Kb.
#76545
1   2   3   4   5   6   7   8
referat 2402

Azərbaycan Respublikasında tikintidə qiymətin əmələ gəlməsində mövcud problemlər

Qlobal maliyyə böhranı nəticəsində Azərbaycanda kifayət qədər zərər görən sahələrdən biri kimi dəyərləndirilən tikinti sektorunda vəziyyətin bu il necə olacağına dair ekspertlər arasında fərqli fikirlər hökm sürməkdədir. Bəzi ekspertlər bu sahədə vəziyyətin cari ilin ortalarından etibarən yaxşılaşacağını bildirsə də, tamamilə əks mövqedən çıxış edənlərin də sayı az deyil.
Hələlik isə araşdırmalar göstərir ki, əvvəlki kimi, tikinti sektorunda satış faizləri aşağı düşməkdədir. Bu səbəbdən tikinti şirkətlərinin ciddi maliyyə problemləri davam edir və onlar tikintini davam etdirməyə maraq göstərmir. Bu da onların sayının getdikcə azalması ilə nəticələnir. İqtisadçı-ekspertlər məsələyə münasibət bildirərkən qeyd edirlər ki, tikinti sektorunda yaranmış problemlər qlobal maliyyə böhranının Azərbaycanda bank sektoruna ciddi təsirilə bağlıdır: "Tikinti şirkətləri banklardan aldıqları kreditləri qaytarmaqda çətinlik çəkir. Öz növbəsində, banklar yeni kreditlər vermir. Paralel olaraq, tikintidə tələb və təklif aşağı düşüb".
Onlar vurğulayır ki, bu hal müvəqqətidir. Azərbaycan hökuməti tikintidə yaranmış vəziyyəti aradan qaldırmaq üçün bankların ehtiyat vəsaitlə təmin olunmasına kömək etsə, bu sahə yenidən inkişaf edəcək. İqtisadçı-ekspert Vüqar Bayramov isə SİA-ya verdiyi açıqlamada 2010-cu ildə tikinti sektorunda stabilləşmənin olacağını qeyd edir: "Mən hesab edirəm ki, qlobal maliyyə böhranı Azərbaycanda ən çox tikinti sektoruna təsir etdi. 2006-2008-ci ildə ölkəmizdə tikinti bumu yaşanırdı, tələb və təklif kəskin artmışdı. Həmin dövrdə Azərbaycanda mənzil alanların 60%-ni MDB ölkələrində yaşayan soydaşlarımız təşkil edirdi. Böhran nəticəsində hazırda bu rəqəm 5%-ə enib. Tikinti sektorunda durğunluğun yaranmasına təsir edən digər səbəb isə böhran nəticəsində Azərbaycan banklarının maliyyə durumunun pisləşməsi oldu. Cari ilin iyul ayından etibarən tikintidə canlanma olacaq".
Qeyd edək ki, ötən il bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat investisiya yönəldilib. Bu vəsaitin 79,9 faizini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 69,9 faizi və ya 5,1 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Lakin 5,1 milyard manatlıq tikinti-quraşdırma işlərində özəl tikinti şirkətlərinin payı az olub. Onların fəaliyyəti qənaətbəxş olmadığından, banklardan götürdükləri əsas məbləğ və faizləri qaytarmaqda hələ də çətinlik çəkirlər. Ekspertlər isə belə bir məqama diqqət yetirir ki, banklar həm 2008-ci həm də ötən ildən dividendlə çıxdıqlarını bəyan ediblər. Bu səbəbdən prosesdə yeganə itirən tikinti şirkətləri olub və faktiki tikinti şirkətləri çox ciddi böhran içərisindədir.
Hazırda da ölkənin daşınmaz əmlak bazarında ötən dövrlərlə müqayisədə çox ciddi, mürəkkəb, mənfi tendensiyalarla davam edən vəziyyət müşahidə olunmaqdadır. Mütəxəssislər bildirir ki, bu vəziyyət il ərzində davam etsə, bu gün bazarda olan tikinti şirkətlərinin yarısının bazardan çıxmaq təhlükəsi var. Xatırladaq ki, 2008-ci ilin sentyabrında bazarda 220-dən artıq tikinti şirkəti fəaliyyət göstərirdisə və mənzil tikintisini həyata keçirirdisə, ötən ilin sonlarında onların sayı 160-a qədər azalıb. Bu il də tikinti sektorunda böhran davam etsə, bazarda şirkətlərin sayının yarıya qədər azalacağı və 80-90 rəqəmləri həddində dəyişəcəyi gözlənilir. Bu səbəbdən mütəxəssislər deyir ki, daşınmaz əmlak bazarında yaşanan hazırkı böhran şəraiti tikinti sektoru üçün ən təhlükəli dövr hesab edilə bilər. İpoteka kreditlərinin isə həm həcminin az olması, həm də onun əsasən köhnə mənzillərin alınmasına yönəldilməsi tikinti şirkətlərinin durumunu daha da ağırlaşdırır.
Qeyd edək ki, vəziyyətdən çıxış yolu kimi, bu il ərzində Mərkəzi Bank tikinti-əmanət banklarının yaradılması təklifilə çıxış edib. Belə banklarda iştirakçılar kollektiv razılaşma əsasında fəaliyyət göstərdiyindən, depozitlər üzrə faiz dərəcəsi aşağı, kreditləşmə müddəti daha uzun dövrlü olur. Tikinti-əmanət bankları və ya tikinti-əmanət kassaları bank sektoru üçün etibarlı borcalanlar qrupunun formalaşması və onların maarifləndirilməsi üçün effektli alət hesab olunur.
Mənzil kreditləşdirməsinin bu forması sovet dövründə bir çox sosialist ölkələrində də tətbiq edilib. Dünyada daha geniş tətbiq edilən kütləvi ipoteka formaları Almaniyada qeydə alınıb ki, onların arasında da ən populyarı tikinti-əmanət kassaları olub. İkinci Dünya Müharibəsindən sonra yaranmış iqtisadi tənəzzül və etibarlılıq böhranı zamanında, 1952-ci ildə Almaniya hökuməti məhz tikinti əmanətlərinə, subsidiyalara vəsait ayırmaqla vəziyyətdən çıxış imkanı əldə etdi. Statistikaya görə, Almaniyada tikinti-əmanət kassaları vasitəsilə 1973-cü ildə 14 milyon nəfərlə (əhalinin 22,5 faizi), 1983-cü ildə 24 milyon nəfərlə (əhalinin 39,2 faizi), hazırda isə 32 milyon nəfərlə (əhalinin 38,7 faizi) müqavilə imzalanaraq onlara xidmət göstərilib.Bu sistemə görə, tikinti-əmanət kassalarının üzvləri müntəzəm olaraq depozitə haqlar qoyur və mənzil əldə etmək üçün tələb olunan məbləğin 50 faizi yığılır. Burda başlıca məqsəd müqavilədə qabaqcadan şərtləşdirilmiş qaydada yerdə qalan 50 faizin güzəştli faizlərlə kreditə götürülməsinə nail olmaqdır. Bu zaman depozit və kreditə görə faiz dərəcəsi inflyasiya tempindən asılı vəziyyətə salınmır.
Müasir təsərüfatçılıq şəraitində istənilən sahədə qiymət məsələsi ən vacib məsələlərdəndir. Düzgün qimət siyasəti hazırlamaq üçün bazarı və onun elementlərini dərindən təhlil etmək, öyrənmək lazımdır. Bu sahədə mövcud olan köhnə metodlar öz aktuallığını çoxdan itirmişlər. Lakin Qərb ölkələrinin bu sahədəki metod və üsullarının hamısının Azərbaycan müəssələrinə tətbiqi mümkün deyil. Bu zaman yerli şəraiti nəzərə alaraq bazar iqtisadiyyatının tələblərinə cavab verəcək qiymətəmələ gəlmə metod və üsullarının tətbiqi əhəmiyyətli rol oynayır. Azərbaycanda son vaxtlara qədər qiymətəmələ gəlmə sahəsində dünya tərübəsi kifayət qədər öyrənilməmişdi, pis mənimsənilmişdi və bunun nəticəsi olaraq qeyri-peşəkar səviyyə tətbiq olunurdu.
Qiymət sahəsindəki elmi işlər, əmək-dəyər nəzəriyyəsindən tutmuş müasir marketinq yanaşmalıra qədər, böyük diapazondakı sualları əhatə edir. Bununla belə hal-hazırda Azərbaycanın təsərüfat subyektlərinin (müəssisə və təşkilatların) istifadə etdikləri qiymətəmələ gəlmə siyasəti gösrətir ki, onların təklif etdikləri metodika nə yerli şəraitə, nə də bazar iqtisadiyyatının tələblərinə cavab vermir. Bu iki faktor nəzərə alınaraq onların tətbiq etdikləri qiymət siyasətlərinə yenidən baxılmalıdır. Bu sahədə iqtisadçı alimlərimiz dünya təcrübəsini dərindən öyrənsələr də bu təcrübənin Azərbaycan mühitinə adaptasiya edilməsi sahəsində metodik tövsiyyələrdə öz əksini tapmır.
Azərbaycanda müəssələrin əksəriyyətinin qiymət siyasəti qeyri-peşəkar səviyyədə hazırlanmışdır. Onlar hələ də, əvvəlki kimi, yalnız xərclərin ödənilməsi və lazımi cari mənfəətin əldə olunmasına əsaslanırlar. Bu halda qiymətlər həddən artıq xərcyönümlü olur; qiymətlərin müəssənin fəaliyyətinə təsir edən digər elementlərdə əlaqəsi olmayacaq və qiymətlərin bazar dəyişikliklərinə adaptasiyasında çətinliklər meydana çıxacaq. Müasir dövrdə qiymətlər xərclərin ödənilməsindən başqa bazar dəyişikliklərinə, istehlakçıların alıcılıq qabiliyyətinə adekvat olmalıdır.




  1. Yüklə 52,32 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin