Cari qiymətlər əsasında və qapalı hərraclar əsasında qiymətin təyin edilməsi
Xərc yönümlü qiymətqoymanın duyulan dəyərə əsaslanan qiymətqoyma ilə müqayisəsini bu şəkildə göstərmək olar:
Xərc yönümlü qiymətqoyma Məhsul » Xərc » Qiymət » Dəyər »Müştərilər
Duyulan dəyərə əsaslanan qiymətqoyma Müştərilər » Dəyər » Qiymət » Xərc »Məhsul
Yeni məhsula qiymətin təyini strategiyaları : Bazarın qaymağını götürmək
Məhsula yüksək qiymət ödəyə biləcək seqmentlərdən maksimum gəlir əldə etmək məqsədilə yeni məhsullara yüksək qiymətlərin təyin olunması
Bazara nüfuz etmək üçün təyin olunan
Çoxsaylı alıcılar cəlb etmək və böyük gəlirlər qazanmaq məqsədilə yeni məhsullara aşağı qiymətlərin təyin olunması.
Məhsul çeşidlərinə qiymət təyini strategiyaları aşağıdakılardır: Məhsul çeşidinə qiymət təyini -Rəqiblərin qiymətlərinə, müştərilər müxtəlif xüsusiyyətləri dəyərlənməsinə və məhsullara sərf olunan xərclərə əsasən məhsul xəttinə aid olan müxtəlif məhsullara qiymətlərin qoyulması.
Tamamlayıcı məhsula qiymət təyini - Əsas məhsulla birlikdə satılan əlavə və aksesuar məhsullara qiymət qoyulması.
Ləvazimata qiymət təyini - Yalnız əsas məhsulla birgə istifadə oluna bilən məhsullara qiymətin təyini.
Kənar məhsullara qiymət təyini - Əlavə məhsul təklif etməklə əsas məhsulun rəqabət qabiliyyətini təmin edən qiymətqoyulması.
Məhsul komplektinə qiymət təyini - Bir neçə məhsulun birləşdirilərək dəst halında endirimli qiymətlərlə təklif edilməsi.
Qiymətin tənzimlənməsi strategiyaları : Endirimli və güzəştli vəsaitlərə qiymət təyini – istehsalçı tərəfindən pərakəndə satıcıya ödənilən həvəsləndirici vəsaitdir ki, əvəzində o istehsalçının məhsullarını bu və ya digər vasitə ilə qaydaya salır.