Q=MD+MD∙PY Burada MD-smeta maya dəyəri (manatla), PY-plan yığımını normasını nəzərə alan əmsal (PY=1,08). Tikintidə, smeta dəyərini təşkil edən ayrı-ayrı xərclərin ümumi dəyərə faizlə nisbəti, onun quruluşunu təşkil edir. Smeta dəyəri ilk xərc elementlərinə görə qruplaşdırılır.
Smeta dəyərinin quruluşu aşağıdakı xərclərdən ibarətdir:
1) Düzünə 2)Üstəlik xərclər 3) Plan yığımı Düzünə xərclərin tərkibinə aşağıdakılar daxildir: Material, hissə və konstruksiyaların dəyəri
Üstəlik xərc ümumi tikinti işlərində düzünə xərclərə faizlə təyin olunur. Üstəlik xərcin tərkibi bir çox maddələrdən ibarətdir. Tikintidə üstəlik xərcin tərkibi əsasən aşağıdakı qiymətlər üzrə qruplaşdırılır:
İnzibati təsərrüfat xərci. Bu qrupa daxildir: mühəndis texniki işçilərinin və inzibati təsərrüfat heyətin əsas və əlavə əmək haqqı, poçt-teleqraf xərci, ezamiyyət xərci
Fəhlələrə göstərilən xidmətlə əlaqədar olan xərclər.Bura daxildir: fəhlələrə verilən əlavə əmək haqqı, təhlükəsizlik texnikası və sanitariya xidməti üçün çəkilən xərclər, həmkarlar təşkilatı, mədəni-məişət və idman işləri, sığorta üçün ayırmalar, mənzil kommunal xərci və sair
İstehsalın təşkili və inkişafı ilə əlaqədar olan xərclər.Bura daxildir: iqtisadi laboratoriyaların yaradılmasına və materialların sınaqdan çıxarılmasına çəkilən xərclər, yanğına qarşı çəkilən xərclər, cari təmir üçün çəkilən xərclər, elmi tədqiqat işləri üçün ayırmalar, obyektin istifadəyə verilməsinin hazırlanması xərcləri
Sairə üstəlik xərclər.Bunun tərkibinə aşağıdakılar daxildir: çoxtirajlı qəzet redaksiyasının saxlanması, bufet və yeməkxana üçün xidmət, geodeziya işlərinə çəkilən xərclər, yeni texnikanın tətbiqi üçün mükafatlandırma fondunun yaradılması və sair
Plan yığımı tikinti təşkilatlarının planlı gəliri olub, düzünə və üstəlik xərcin cəmindən (əvvəl 8% idi, indi 27%-dir) smeta dəyərinin quruluşu obyektlərin xüsusiyyətindən və təyinatından asılı olaraq dəyişir.