Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Bakalavr tədris pilləsi üçün “İnsan resurslarının idarə edilməsi” fənninin
Proqramı
İxtisas: “İİ 010500 – Əməyin iqtisadiyyatı və sosiologiyası”
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodiki
Şurasının “İqtisadiyyat bölməsinin” 2009-cu il tarixli
Iclasının qərarı ilə təsdiq edilmişdir.(protokol N )
Bakı-2009
Tərtib edənlər: i.e.d.,prof. T.Ə.Quliyev
i.e.n.,dos. Ə.İ.Məmmədov
i.e.n.,dos. Ə.A.İsmayılzadə
Redaktor : i.e.n.,dos. A.B.Məmmədov
Rəyçilər : i.e.d.,prof. M.Əhmədov
i.e.n.,dos. Q.Bayramov
İzahat vərəqəsi
Fənnin tədrisinə ayrılan saatların miqdarı 72 saatdır.
Bazar iqtisadiyyatının formalaşdığı şəraitdə ölkəmizin sosial-iqtisadi inkişafının təmin olunması məqsədilə cəmiyyətin mövcud insan potensialından səmərəli istifadə edilməsi, onun bütün ehtiyatlarının hərəkətə gətirilməsi idarə etmə fəaliyyətinin qarşısında duran ən mühüm məsələlərdən biridir. Bu problemin həllində idarəetmənin bütün səviyyələrində insan resursların, xüsusilə onun iqtisadi fəal hissəsi olan işçi heyətinin idarəedilməsi məsələlərinin səmərəli həlli çox böyük əhəmiyyət kəsb edir.
Menecment fəaliyyətində ən başlıca cəhət işçilərin səyini, qabiliyyətini, bacarığını qarşıya qoyulmuş məqsədlərin icrasına yönəltməkdir. İnsan resurslarının idarə edilməsi menecmentin sosial fəaliyyəti ilə bağlı olduğuna görə, bu bir çox elmlərin obyektinə çevrilmişdir.
Bu baxımdan “İnsan resurslarının idarə edilməsi” fənninin tədrisi müasir dövrdə çox zəruridir. “İnsan resurslarının idarə edilməsi” kursu iqtisad yönümlü bütün ixtisaslar üzrə bakalavr tədris pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
“İnsan resurslarının idarə edilməsi” kursu əmək ehtiyatları və əmək potensialı,istehsalın səmərəliliyinin yüksəldilməsində insan resurslarının idarə edilməsinin rolu,əmək davranışı - əmək fəaliyyətinin motivləşdirilməsi və insan resurslarının inkişafı,insan resurslarının idarə edilməsi,heyətin seçilməsi,toplanması və insan resurslarının inkişafı, ETT və insan resurslarının peşə təhsili problemləri, əmək haqqının forma və sistemlərinin səmərəliliyi,əməyin ödənilməsi amilləri, əhalinin təhlükəsizliyi və sağlamlığı,əmək kollektivlərində münaqişə situasiyalarının idarə edilməsi və s. kimi aktual mövzuları öyrənir.
“İnsan resurslarının idarə edilməsi” fənninin tədrisi “Əməyin iqtisadiyyatının əsasları”,“Əməyin sosiologiyasının əsasları”, “Menecment”, “Psixologiya” və digər fənlərlə əlaqələndirilərək təşkil edilməlidir.
Dostları ilə paylaş: |