MÖVZU 7. Əmək davranışı, əməyin motivləşdirilməsi və insan
resurslarının istifadə problemləri.
Sosial nəzarət, onun növləri və funksiyaları. Müxtəlif davranış növlərinin fərqli xüsusiyyətləri. Sosial davranış və onun növləri. İqtisadi davranış. Əmək davranışı,onun mahiyyəti,quruluşu və növləri. Əmək davranışının tənzimlənməsi mexanizmi. İşçilərin davranışına təsir edən amillər. Əmək sferasında normalar və normativlər. Davranışın tədqiqi – işçini başa düşməyin açarıdır.
Motivləşdirmə anlayışı,onun mahiyyəti. Motivləşdirmə - insan davranışını tənzim edən daxili həyəcanların formalaşmasıdır. Təbii və sosial tələbatlar. Əmək davranışı motivlərinin quruluşu. Əmək haqqı motivləşdirmə özəyinin elementi kimi.
Tələbat və onun sosial məzmunu. Tələbat, mənafelər və əmək fəaliyyəti. Motivləşdirmə və stimullaşdırma. Əmək fəaliyyətinin motivlərinin funksiyaları: meyledici-istiqamətverici, məna yaradan, məna kəsbedən, vasitəçilik, səfərbəredici, əsaslandırma.
Əmək fəaliyyətinin motivləşdirilməsinin idarəedilməsi. Motivlərin növləri. Stimulların təsnifatı.
Motivləşdirmə nəzəriyyələri. A.Maslounun tələbatın ierarxiyası nəzəriyyəsi. K.Alderfеrin tələbat nəzəriyyəsi. F.Xartsberqin iki amilli nəzəriyyəsi. S.Adamsın ədalətlilik nəzəriyyəsi və s.
Müasir inkişaf mərhələsində insan resurslarının idarəedilməsində menecerlərin rolu. İnsan resursları departamentinin rəhbəri işçi heyəti üzrə təşkilatın əsas mütəxəssisi kimi.
Dostları ilə paylaş: |