MÖVZU 8. İnsan resurslarının strateji planlaşdırılması və idarə edilməsi.
Təşkilatın bütün sisteminin strateji planlaşdırılmasında insan resurslarının planlaşdırılması və proqnozlaşdırılmasının əhəmiyyəti. Müəssisənin fəaliyyətinin planlaşdırılması və insan resurslarının planlaşdırılması. İnsan resurslarının planlaşdırılması prosesi və əsas məqsədi. Təşkilatda məşğulluğun planlaşdırılmasına sistemli yanaşma. İnsan resurslarının inkişafı planı.
Heyətə tələbatın müəyyən edilməsinin mahiyyəti,məqsədləri və əsas məsələləri. Heyətə kəmiyyət və keyfiyyət tələbatı. Əsas və əlavə tələbatın müəyyən edilməsi. Heyətə tələbatın müəyyən edilməsinin əsas metodları. Əmək tutumuna əsasən işçilərin sayının hesablanması. İş vaxtı balansı. İnzibati-idarə heyətinin müəyyən edilməsi. Xidmət normasına əsasən işçilərin hesablanması.
Heyət haqqında informasiyanın toplanması və işlənməsi. Heyətə tələbatın planlaşdırılması. İşçi heyətinin cəlb edilməsinin daxili və xarici mənbələri. Heyətin öyrədilməsinin formaları. Kadrlarla aparılan iş sistemi. İşçi heyətinin qiymətləndirilməsi,kadrların seçilməsi və yerləşdirilməsi. Kadrlarla iş planının əsas mərhələləri. Kadr planlaşdırılmasının insan resurslarının idarəedilməsində yeri və rolu.
Heyətin marketinqi,onun mahiyyəti,əsas prinsipləri və istiqamətləri. Heyətin marketinqinin istiqamətlərini müəyyən edən daxili və xarici amillər.
Dostları ilə paylaş: |