Poeziya – 1. Şeir. 2. Şeriyyət, lirizm, incəlik, bədiilik
Proses - 1. Hər hansı bir hadisənin gedişi. 2. Məhkəmədə işlərə baxılma
qaydası, mühakimə üsulu.
Respublika - Ali hakimiyyət orqanları xalq tərəfindən müəyyən müddətə
seçilən dövlət idarə forması; belə idarə üsulu olan ölkə.
Resurslar-məzmun standartlarında istifadə olunan təlim vasitələridir.
Şagirdnaliyyətləri-bilik və bacarıqlar əsasında qazanılan dəyərlərdir.
Sərdabə - Bir və ya bir neçə ölünün basdırıldığı üstü tikili qəbir; məqbərə.
Sərhəd - 1. Qonşu torpaqları, sahələri, ərazini bir-birindən ayıran xətt; 2.
məc. Yol verilən norma; hədd, hüdud.
Sfinks - Qədim Misirdə şir bədənli, insan başlı və ya heyvan başlı fantastik
varlığın heykəli.
Sinxiron - 1. Sinxronizmi ilə fərqlənən; eyni zamanda, bir vaxtda olan, baş
verən.
Sinxronluq - Sinxronizm prinsipi tətbiqinə əsaslanan. Eyni zamanda, bir
vaxtda olmasını göstərən, ifadə edən; eyni zamanda, bir vaxtda olan, davam
edən, baş verən.
Sosial-iqtisadi – ictimai-iqtisadi. Cəmiyyətin hər və ya əksər üzvlərini
əhaət edən iqtisadi proseslər.