3. Dövlət
Şagird:
3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. Qədim dövlətlərin (Misir, Şumer, Babil, Aşşur, İskit, Midiya, Əhəməni, Hun,
Çin, Parfiya, Hindistan, Yunanıstan və Roma dövlətləri) yaranmasını, idarəetmə
qaydalarını, sosial-iqtisadi münasibətləri təsvir edir.
3.1.2. Mənbələr əsasında qədim dövlətlərlə bağlı məlumatlar toplayır və təqdim edir.
4. Şəxsiyyət
Şagird:
4.1.Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (I Tutmos, III Tutmos, II Ramzes, Hammurapi,
Aşşurbanipal, II Sarqon, II Kir, I Dara, Mete xaqan, İskəndər, Sin Şixuandi, Aşoka,
Solon, Mitridat, Perikl, Yuli Sezar, Oktavian Avqust, Konstantin) müəyyənləşdirir.
4.1.2. Mənbələr əsasında qədim dövrün tarixi şəxsiyyətləri haqqında məlumatlar
toplayır, təqdim edir.
|