5. Mədəniyyət Şagird: 5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir. 5.1.1. Mədəniyyətin ayrı-ayrı sahələrinin insanların həyat tərzi ilə əlaqələrini izah
edir.
5.1.2. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə münasibət bildirir.
5.1.3. Mədəniyyətlərə, mədəniyyətlərarası əlaqələrə dair məlumat toplayır, təqdim
edir.
VII sinif VII sinfin sonunda şagird:
tarixi faktları davametmə müddətinə görə fərqləndirir, onların xronoloji
ardıcıllığını və sinxronluğunu müəyyənləşdirir;
xalqların və dövlətlərin ərazi məkanında baş verən dəyişiklikləri xəritə əsasında
izah edir;
erkən feodal dövlətlərin idarəçilik formalarını və sosial-iqtisadi münasibətlərini
müqayisə edir;
dövlətlərin və mədəniyyətlərin inkişafında tarixi şəxsiyyətlərin rolunu izah edir;
erkən orta əsrlərdə mədəniyyətlərin inkişaf istiqamətlərini və xüsusiyyətlərini izah
edir.