Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə39/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   ...   35   36   37   38   39   40   41   42   ...   152
9 Ümumi tarix-kurikulum

 
5. Mədəniyyət 
Şagird: 
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir. 
5.1.1.  Aqrar  (ənənəvi),  sənaye  və  informasiya  cəmiyyətlərinin  mədəniyyətin 
inkişafına təsirini izah edir. 
5.1.2. Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətlərarası və 
sivilizasiyalararası əlaqələrə təsirini əsaslandırır. 


 
31 
5.1.3.  Mədəniyyətlərarası  və  sivilizasiyalararası  əlaqələrə  dair  referat  və  tezislər 
hazırlayır. 
 
         1.6. Fəndaxili  və fənlərarası inteqrasiya 
“Ümumi  təhsil  pilləsində  dövlət  standartları  və  proqramları  (kurikulumlar)” 
sənədi və onun əsasında hazırlanmış Ümumi tarix kurikulumu fəndaxili və fənlərarası 
əlaqələrin  geniş    tətbiqini  nəzərdə  tutur.  Ənənəvi  təlimdə  şagirdlərə  faktlar  toplusu 
verilir  və  onları  əzbərləmək  tələb  olunur.  Nəticədə  şagirdlər  həyatda  onlara  lazım 
olmayan    məsələləri  öyrənməli  olurlar.  İnteqrativ  kurikulum  isə  fənn  sahələrinin 
kombinasiyasını  özündə  əks  etdirməklə  şagirdi  obyektə  deyil,  subyektə  çevirir. 
Burada  təhsilin  məqsədinə  hadisə  və  təzahürləri  öyrənmək  və  bilmək  deyil,  həm  də 
əldə  olunmuş  bilik,  bacarıq  və  dəyərlərdən  müxtəlif  situasiyalarda  istifadə  etmək, 
araşdırmaları təkmilləşdirmək, anlama, birbaşa şəxsi iştirak daxildir. Belə kurikulum 
şagirdlərə  öyrənmə  zamanı  müxtəlif  fənlər  arasında  bilik  və  konsepsiya  səviyəsində 
dəyərli əlaqələr yaratmaqda köməklik göstərir. 
İnteqrasiya  necə  həyata  keçrilməlidir?  Hazırkı  proqramlarda  inteqrasiya  cox 
zaman  biliklərin  əlaqələndirilməsi  formasında  həyata  keçirilir.  Burada  bir  fakt 
haqqında  biliyə  həmin  fakt  haqqında  başqa  fənlərdə  verilən  məlumat  əlavə  olunur. 
Müasir dövrdə inteqrasiyaya tamamilə başqa cür yanaşılır.  
  
Ümumi  tarix  fənn  kurikulumunda  inteqrativlik  fəndaxili  əlaqələr  (üfüqi 
inteqrasiya),  fənlərarası  əlaqələr  (şaquli  inteqrasiya)  şəklində  həyata  keçirilir.  Bu 
inteqrasiya  pillələr  üzrə  məzmun  xətləri,  siniflər  üzrə  gözlənilən  təlim  nəticələri  və  
məzmun standartları arasında  (bilik və bacarıqlar sistemində) reallaşdırılır.        
Ümumi  orta  və  tam  orta  təhsil  pillələri  üzrə  inteqrasiya  olunmuş  məzmun 
xətləri,  siniflər  üzrə  gözlənilən  təlim  nəticələri  və    məzmun  standartları  arasındakı 
əlaqə cədvəl şəklində ifadə olunaraq sənədə əlavə edilmişdir. 
Ümumi  tarix  fənn    kurikulumuna  əsasən  əvvəlcə  beş  məzmun  xətti,  tarixi 
zaman,  tarixi  məkan,  dövlət,  şəxsiyyət  və  mədəniyyət  üzrə  ümumi  orta  və  tam  orta 
təhsil    pilləsində  ümumi    təlim  nəticələri  müəyyənləşdirilmiş  və  inteqrasiya 
olunmuşdur. İki pillə üzrə müəyyənləşdirilmiş nəticələr cədvəldə əksini tapmışdır. 


 
32 
 
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin