Dərsin məqsədinə və tədqiqat sualına uyğun iş üsulları seçilir. Tədqiqat sualına
cavab verməyə kömək edəcək faktları tapmaq üçün
məqsədyönlü iş aparılır. Şagirdlərə
müxtəlif çalışmalar verilir. Beləliklə, tədqiqat sualına cavab tapmaq üçün zəmin
yaranır. Dərsin əsas hissəsini təşkil edir. Şagirdlərin fəaliyyətə, analizə, araşdırıcılığa
cəlb edilən hissəsidir. Müəllim bütün şagirdlərin tədqiqatda iştirakına şərait
yaratmalıdır. Tədqiqat toplanmış faktlar əsasında təqdimatların hazırlanması ilə bitir.
Tədqiqat müxtəlif formalarda: kollektiv, qruplarla, cüt şəklində və fərdi
qaydada aparıla bilər.
III mərhələ: məlumatın mübadiləsi “Ümumi tarix” fənnindən verilmiş problemə aid tədqiqat üçün ayrılmış vaxt bitdikdən
sonra müəllim tapşırığın icrasının başa çatdığını bildirir. Bundan sonra şagirdlər
informasiyanın təqdimatına başlayır, əldə etdikləri yeni informasiyaları digər
iştirakçılarla bölüşürlər. Həmin təqdimatların əks olunduğu iş vərəqləri lövhədən asılır.