Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


 Tarix təlimin təşkilində istifadə olunan forma və üsullar



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə50/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   ...   46   47   48   49   50   51   52   53   ...   152
9 Ümumi tarix-kurikulum

2.2. Tarix təlimin təşkilində istifadə olunan forma və üsullar 
barədə 
Təcrübə  göstərir  ki,  fəal  təlim  şəraitində  kollektiv,  qruplarla,  cütlərlə  və 
fərdi    iş  daha  əhəmiyyətlidir.  Kolektiv  iş    şagirdlərdə  qazanılmış  kollektivçilik 
vərdişlərini  inkişaf etdirir. 
Kiçik qruplarda iş bir çox interaktiv üsulların ayrılmaz tərkib hissəsidir. Bu 
iş  interaktiv  dərslərdə  müxtəlif  formalarda  həyata  keçirilə  bilər.  Bəzən  dərsdə 
qarşıya  çıxan  (və  ya  qarşıya  qoyulan)  problemi  şagirdlər  müstəqil  həll  etməyə 
qadir  olmurlar.  Bu  zaman  qrupla  iş  üsulundan  istifadə  etməklə  şagirdlərin 
birlikdə,  kollektiv  şəkildə,  əməkdaşlıq  şəraitində  problemin  həllinə  nail  olması 
mümkündür.  Lakin  kiçik  qruplarda  iş  adətən  çox  vaxt apardığından  ondan  tez-
tez istifadə etmək məqsədəuyğun sayılmır. 
Kiçik qruplarda işi təşkil etmək üçün müəllim aşağıdakı məsləhətlərə əməl 
etməlidir: 
1.  Qrupla  işləməyə  başlayarkən  tələsmək  lazım  deyil.  Əgər  müəllimin  və 
şagirdlərinizin  kiçik  qruplarla  iş  təcrübəsi  yoxdursa,  əvvəlcə  cütlərlə  iş  təşkil 
etmək  olar.  Qrupla  işləməyə  çətin  öyrəşən  şagirdlərə  qarşı  xüsusilə  diqqətli 
olmaq lazımdır. Şagirdlər cütlərlə işləməyi öyrənəndən sonra qruplarda işləməyə 
başlamaq  olar.  Bu  zaman  əvvəlcə  3  nəfərlik  qruplardan  başlamaq,  şagird 
qruplarının  müstəqil  işləmək  qabiliyyəti  inkişaf  etdikcə  qruplardakı  şagirdlərin 
sayını  artırmaq  olar.  Lakin  kiçik  qrupa  5  nəfərdən  artıq  şagird  cəlb  etmək 
məqsədəuyğun deyil. 
2. Qruplarda işləməyə öyrədin və onların işinə nəzarət edin. 
Sinifdə daima gəzin, qrupda yarana bilən problemi həll etməkdə şagirdlərə 
kömək  edin.  Elə  etmək  lazımdır  ki,  şagirdlərə  qrupda  işləmək  üçün  hansı 
bacarıqların  lazım  olduğu  aydınlaşsın.  Nəzərə  alın  ki,  onlar  sizin  köməyiniz 
olmadan qruplarda işləmək üçün tələb olunan bacarıqlara yiyələnə bilməzlər. 
Qruplarla işin gedişində aşağıdakı vəziyyətlərə fikir vermək lazımdır: 


 
53 
- Qrupların hər bir üzvü öz fikrini söyləyə bilirmi? 
- Qrup üzvləri kompromisə və əməkdaşlığa hazırdırmı? Bəzən qruplarda öz 
rəyini  başqalarına  zorla  qəbul  etdirməyə,  öz  fikrindən  dönməyən  şagirdlərə  də 
təsadüf olunur. Müəllim bu cəhəti diqqət mərkəzində saxlamalıdır. 
-  Qrup  üzvləri  bir-birini  eşitməyə  hazırdırmı?  Ancaq  özləri  danışmaq 
istəyir, yoxsa başqasına qulaq asmağa üstünlük verirlər? 
- Məsələyə müxtəlif baxışlar yarandıqda onu müzakirəyə çıxarırlarmı? 
-  Qrup  üzvləri  bir-birinə  suallar  verirlərmi,  razılıqlarını  bildirirlərmi, 
nəzakət qaydalarını gözləyirlərmi? 
3. Qrupun həcmini müəyyən edin. 
Qrup  nə  qədər  böyük  olsa,  şagirdlərdən  bir  o  qədər  çox  bacarıq  tələb 
olunur.  Çünki,  hər  kəsə  öz  fikrini  söyləmək  imkanı  vermək  lazımdır.  Dərsdə 
problemin öyrənilməsinə nə qədər az vaxt qalırsa, qrupda iştirakçıların sayı bir o 
qədər az olmalıdır. İki nəfərdən ibarət qruplarda informasiya mübadiləsinə daha 
çox  imkan olur.  Lakin burada emosional  gərginlik ehtimalı çoxdur. Rəylər bir-
birinə  uyğun  olmayanda  qrup  iştirakçılarından  birinə  tərəfdar  olacaq  adam 
yoxdur. 
3 nəfərlik qruplarda isə iki güclü iştirakçı qrupun zəif üzvünü təzyiq altına 
ala bilir. Buna baxmayaraq burada müvəqqəti koalisiyanın yaranması imkanı da 
vardır. Bu isə fikir müxtəlifliyini aradan qaldırmağa imkan verir. 
Cüt  və  tək  saylı  qruplar  fikir  müxtəlifliyini  aradan  qaldırmaq  imkanı 
baxımından  fərqlidir.  Təksaylı  qrupda  mübahisəni  səsvermə  yolu  ilə  yoluna 
qoymaq  mümkün  olduğu  halda,  cütsaylı  qrupda  buna  imkan  olmur.  Buna  görə 
də təlim məqsədləri baxımından ən əlverişli qrup 5 nəfərlik qruplardır. 
4. Şagirdləri qruplara düzgün bölmək lazımdır. 
Qrupların tərkibinin rəngarəng olması məqsədəuyğundur. Qrupda güclünün 
yanında  zəif,  oğlanın  yanında  qız,  müxtəlif  mədəniyyətin,  sosial  qrupun 
nümayəndələri  birləşməlidir.  Bu,  məsələni  müxtəlif  cəhətlərdən  nəzərdən 
keçirməyə imkan verir. 
Şagirdlərin qruplara bölməyin aşağıdakı üsullarını göstərmək olar: 


 
54 
- qrupların siyahısı əvvəlcədən hazırlanır və lövhənin kənarından asılır. Bu 
zaman hər qrupun toplanış yeri də göstərilir. 
-  şagirdlərdən  1-dən  5-dək  saymaq  tələb  olunur.  Birincilər  birinci  qrupu, 
ikincilər ikincini və s. yaradırlar. 
- rəngli kağızlardan istifadə etməklə də qruplar yaratmaq mümkündür. 
Qruplar yaradılmasının başqa üsulları da mövcuddur. 
Qrupların  tərkibini  tez-tez  dəyişmək  məqsədəuyğun  deyil.  Stabil  qruplar 
şagirdlərin qrup işində ustalığının artmasına daha çox kömək edir. 
5. Qrup daxilində rolları bölüşdürün. 
Qruplarda şagirdlər aşağıdakı rollarda çıxış edə bilərlər: 
- fasilitator – qrupun fəaliyyətini təşkil edən – yardımçı; 
- katib-qeydiyyatçı – işin nəticələrini qeyd edir; 
- məruzəçi – qrupun işinin nəticələri haqqında bütün sinfə məruzə edir; 
-  jurnalist  –  tapşırığı  qrupun  daha  yaxşı  yerinə  yetirməsinə  kömək  etmək 
üçün  dəqiqləşdirmə  tələb  edən,  yaxud  rəqib  qrupun  diskussiyada  verə  biləcəyi 
sualları verir; 
- fəal dinləyici – qrup üzvlərinin ifadə etdiyi mühüm fikirləri öz sözləri ilə 
ifadə edir, bununla da, fikrin formalaşmasına kömək edir. 
-  müşahidəçi  –  verilən  tapşırığın  yerinə  yetirilməsinin  gedişini  qeyd  edir. 
Bu  qeydlər  qrup  üzvlərinə  tapşırığın  yerinə  yetirilməsini  daima  diqqət 
mərkəzində  saxlamağa  kömək  edir.  O,  həm  də  qrupun  hər  bir  iştirakçısına 
qiymət və ya bal verir. 
-  vaxtölçən  (xronometrist)  –  tapşırığın  yerinə  yetirilməsinə  verilmiş 
vaxtdan istifadə olunmasını izləyir. 
Əgər qruplar uzun müddət stabililyini saxlasalar, onda şagirdlərin rollarını 
dəyişmək məqsədəuyğundur. 
6.  Qruplarda  işi  səmərəli  təşkil  etmək  üçün  aşağıdakı  cəhətlərə  fikir 
vermək lazımdır: 
- Qrupa elə tapşırıqlar verin ki, onların yerinə yetirilməsi üçün tələb olunan 
bilik və bacarıqlar şagirdlərdə mövcud olsun; 


 
55 
-  Öz  təlimatınızın  maksimum  dəqiq  olmasına  çalışın.  Onu  lövhədə  və  ya 
kartoçkalarda yazın. 
-  Qrupa  tapşırığı  yerinə  yetirmək  üçün  kifayət  qədər  vaxt  verin.  Tapşırığı 
tez  həll  edib  qurtaran  qrupları  məşğul  etmək  üçün  də  bir  şey  fikirləşmək 
lazımdır. 
-  Fikir  verin  ki,  sizin  qiymətləndirmə  metodunuz  qrupla  iş  üsülündan 
istifadəyə necə təsir edir. 
- Hər bir qrup üzvünün hüquqlarının qorunmasına fikir verin. 
-  kooperativ  təlim  metodları  üçün  xarakterik  olan  səs-küylü  dərsə  hazır 
olun. 
-  İş zamanı qrupdan-qrupa keçərək, onların işlərinə nəzarət edin. 
Kiçik qruplarda iş metodundan istifadə qaydaları. 
1. Kiçik qruplarda iş üçün tapşırıqlar hazırlayarkən aşağıdakı şərtlərə əməl 
edilməlidir: 
- hər qrupda işin sonunda əldə olunacaq nəticəni fikirləşmək lazımdır; 
- sinfin işinin ümumi yekun nəticəsi müəyyənləşdirilməlidir. 
- vaxt amili nəzərə alınmalıdır; 
- qrupların səviyyəsi nəzərə alınmalıdır; 
2.  Tapşırıq  haqqında  məlumatı  bütün  sinfə  hələ  qruplara  bölünməzdən 
əvvəl vermək lazımdır. 
3. Tapşırığın şagirdlərə aydın olub-olmadığı müəyyənləşdirilməlidir. 
4. Qruplarda iş qaydalarını hazırlayın və ya yada salın. 
5. Tapşırığın yerinə yetirilməsinin hər mərhələsi üçün və ya bütün tapşırıq 
üçün ayrılmış vaxt haqqında məlumat verin. 
6.  Şagirdləri  kiçik  qruplara  bölün,  tapşırığı  yerinə  yetirmək  üçün  zəruri 
materialları  paylayın  və  tapşırığı  yerinə  yetirməyə  başlamaq  haqqında  göstəriş 
verin. 
7. Qrupdan qrupa yan olaraq şagirdlərə lazımi köməkliyi göstərin. 
8.  Qruplarda  iş  tamamlandıqdan  sonra  tapşırığın  yerinə  yetirilməsinin 
nəticələri  haqqında  məlumat  üçün  qrupların  nümayəndələrinə  söz  verin. 


 
56 
Təqdimat  zamanı  plakat,  cədvəl,  şəkil  və b.  əyani  vəsaitlərdən  istifadə 
olunmasına  həvəsləndirin.  Qrupların  iş  nəticələrini  qeyd  etməklə  ümumi 
tapşırığın  yerinə  yetirilməsi  istiqamətində  irəliləyişi  göstərmək  üçün  siz  də 
cədvəl tərtib edə bilərsiniz. 
 9.  Hər  bir  təqdimatın  yekununu  müzakirə  edin.  Xatırladın  ki,  qruplar  bir-
birinə suallar verə bilərlər. 
 Qrupda işləyərkən aşağıdakı qaydaları gözləyin: 
- hər bir iştirakçı, istəyərsə, öz sözünü deyə bilər; 
-  qrupun  bütün  üzvləri  o  biri  üzvlərin  baxışlarına,  dəyərlərinə  hörmətlə 
yanaşmalıdır; 
- müzakirə olunan ideyalar, təkliflərdir, onları söyləyənlərin kim olmasının 
mənası yoxdur; 
- bütün iştirakçılar öz fikirlərini qısa şəkildə ifadə edirlər; 
-  hər  bir  iştirakçı  öz  fikrini  müdafiə  etsə  belə,  qrup  yoldaşının  ideyasını 
qəbul etməyə hazır olmalıdır; 
-  iş  zamanı  məsələdə  anlaşılmazlıq,  informasiya  çatışmazlığı  və  başqa 
çətinliklər  meydana  çıxarsa,  müəllimə  və  ya  dəvət  olunmuş  ekspertə  müraciət 
olunmalıdır. 
Qrupda  iş  başa  çatdıqdan  sonar  müstəqil  və  qrup  yoldaşları  ilə  birlikdə 
aşağıdakı sualları cavab tapmaq lazımdır: 
- Öz qrupunuzun işini necə qiymətləndirəcəksiniz? 
- Nəyi və nə üçün nailiyyət hesab edirsiniz? 
- Hansı çətinliklər meydana çıxmışdır? 
- Qrupda iş qaydasına nə əlavə etmək və nəyi dəyişmək lazımdır? 
Cütlər şəklində iş zamanı məktəblilər tapşırıqlar üzərində cütlərə ayrılaraq 
(adətən  öz  parta  yoldaşı  ilə  və  ya  yerini  dəyişərək  digər  şagirdlə  birlikdə) 
işləyirlər.  Bu zaman  məktəblilər qarşıya qoyulan suala cavab tapmaq  üçün bir-
birinə kömək edir, fikir mübadiləsi aparır, bir-birinin cavabını qiymətləndirir. 
Təlim  prosesində  fərdi  iş  hər  bir  şagirdin  maraq  və  meyllərini  nəzərə 
almağa, onların hər biri ilə gücçatan səviyyədə iş aparmağa imkan verir.  


 
57 
   Təlimin  təşkili  formaları  və  üsulları  təlim  prosesinin  qanunauyğunluqları 
əsasında  müəyən  edilir.  Bu  qanunauyğunluqlar  təlim  prosesinin  aşağıdakı 
komponentləri  arasındakı  obyektiv,  zəruri,  ümumi,  sabit  və  təkrarlanan 
əlaqələrdə təzahür edir: 

 
Ümimi tarix fənninin təlim məqsədləri. 

 
Ümumi tarix fənninin təlim məzmunu. 

 
Ümumi tarix fənni üzrə şagirdlərin dərketmə imkanları. 

 
Ümumi  tarix  fənninin  təlimində  müəllimin  təşkilatçılıq  və  şagirdlərin 
öyrənmə fəaliyyətləri, onun təşkili formaları, üsulları və vasitələri. 

 
Ümumi tarix fənninin təlim nəticələri. 
 
Təlim prosesinin idarə edilməsi müəllimdən bu komponentlərin, amillərin 
mühüm  əlamətlərini,  onların  hər  birinin  tərkib  hissələrini  və  bir-biri  ilə 
əlaqələrini bilməsini tələb edir.  
Tarix təliminin məqsədləri üç qrupa bölünür: 
1.  Təhsil məqsədləri. 
2.  Tərbiyə məqsədləri. 
3.  İnkişafetdirici məqsədlər. 
 
Hər  bir  tarix  dərsində  şagirdlər  mükəmməl  tarix  təhsilinə  daxil  olan 
biliklər sisteminin müəyyən elementlərini qavrayır, başa düşür, yadda saxlamaq 
üçün  onu  tətbiq  edirlər.  Tarix  təliminin  əsasında  faktlar  durur.  Tarixi  faktları 
öyrətmədən və öyrənmədən şagirdlərin təsəvvüründə keçmişin canlı mənzərəsini 
yaratmaq,  keçmişin  və  ya  müasir  dövrün  icitimai  həyat  hadisələrinin  elmi 
izahını  vermək  mümkün  deyil.  Tarixin  elmi  izahını  verə  bilmək  üçün  isə 
şagirdlər  faktları,  onların  əlaqə  və  münasibətlərini  təhlil  etməli,  faktik 
materialdan  mühüm  cəhətləri  ayırmalı  və  ümumiləşdirməli,  tarixi  anrlayışlar 
sistemi, icitmai inkişafın qanunları və dünyagörüşü ideyaları haqqında biliklərlə 
silahlanmalıdırlar. Tarixin elmi izahında hər bir tarix dərsinin öz yeri var. Buna 
görə də hər bir tarix dərsinin təhsil məqsədi hansı tarixi təsəvvürlərin, yaradılan 
obrazların,  hansı  tarixi  anlayışlalrın,  və  onların  əlamətlərinin,  hansı  qanunların 


 
58 
və ya onların konkret təzahürünün, hansı dünyagörüşü ideyalarının öyrənməsi və 
mənimsənilməsi kimi suallara verilən konkret cavablardan ibarətdir. 
 
Tarix  təliminin  tərbiyəedici  vəzifəsi  tərbiyənin  təlimlə  dialektik  vəhdətdə 
olmasından  irəli  gəlir.  Tarix  təlimi  prosesində  şagirdlərdə  öyrənilən  hadisə  və 
təzahürlərə müəyyən münasibətlər formalaşır, mənimsənilmiş biliklər vasitəsi ilə 
gerçək aləmi qiymətlənidrmək bacarığı yaranır, qiymətlər, fərdi baxışlar sistemi 
əmələ gəlir.  
 
Tarix  təlimi  prosesində  müəyyən  şəxsiyyət  tipinin  formalaşdırılması 
sahəsində  tərbiyə  işi  bir-biri  ilə  sıx  surətdə  bağlı  olan  üç  istiqamətdə  aparılır: 
ümumbəşəri, milli və sosial dəyərlərə yiyələnmək. Odur ki, təlim məqsədlərində 
təhsil  vəzifələri  ilə  yanaşı  şəxsiyyət  tipinin  formalaşdırılması  istiqamətlərində 
qarşıda duran vəziyələr konkret göstərilməlidir. 
 
Təlimin  həm  təhsil,  həm  də  tərbiyə  məqsədlərinin  reallaşdırılması 
inkişafetdirici  məqsədin  düzgün  müəyyənləşdirilməsindən  və  dərsdə  həyata 
keçirilməsindən  asılıdır.  Bu  da  şagirdlərin  təlimi,  tərbiyəsi  və  inkişafının 
vəhdətindən irəli gəlir. 
 
İnkişafetdirici  məqsəd  dedikdə  şagirdlərin  inkişaf  etdirilməsi  sahəsində 
dərsdə  əldə  ediləcək  nəticənin  konkret  olaraq  göstərilməsi  başa  düşülür.  Tarix 
təlimi  prosesində  şagirdin  bir  şəxsiyyət  kimi  aşağıdakı  cəhətləri  inkişaf 
etdirilməlidir: 

 
Tarixi  materialın  öyrənilməsi  üçün  şagirdlərdə  diqqətin  inkişaf 
etdirilməsi. 

 
Şagirdlərin  zehni  fəaliyyətinin  çevikliyinə,  müxtəlif  çətinlik 
səviyyəsində  olan  təlim  məsələlərini  nəzəri  bilikləri  tətbiq  etməklə  həll  etmək 
qabiliyyətinin inkişafına nail olunmalıdır. 
 
Təlimin  həm  tərbiyə,  həm  də  təhsil  məqsədlərinin  həyata  keçirilməsi 
inkişafetdirici  məqsədlərin  nə  dərəcədə  düzgün  müəyyənləşdirilməsindən  və 
reallaşdırılmasından  asılıdır.  Təhsilsiz  tərbiyə  olmadığı  kimi,  inkişafsız  da  nə 
təhsil,  nə  də  tərbiyə  mümkündür.  Bu  mənada  təlimin  hər  üç  məqsədi  kompleks 
şəkildə götürülməli, hər bir dərsdə həll edilməlidir. 


 
59 
 
Təlimin  məqsədi  onun  məzmunu  ilə  qarşılıqlı  əlaqədə  olsada  yalnız  biliy 
əks  etdirmir.  Ö  özündə  biliklə  yanaşı  qazanılan  fəaliyyəti  də  birləşdirir.  Buna 
görə də məqsədin çıxarılmasında dövlətin qoyduğu standartlar əsas rol oynayır. 
Təsadüfi  deyil  ki,  cəmiyyətin  məktəb  qarşısına  qoyduğu  vəzifələrdə  müəyyən 
ciddi  dəyişikliklər  baş  verdikdə  təlimin  məzmununu  özündə  əks  etdirən  tədris 
proqramları və dərsliklərdə də müvafiq dəyişikliklər edilmişdir.  
Təlim  nəticələrinin  kompleks  şəkildə  yerinə  yetirilməsi  üçün  nəzəri  və 
praktik  fəaliyyəti  əks  etdirən  material  (iş  vərəqləri  və  s.)  elə  işlənilməlidir  ki, 
müxtəlif inkişaf səviyyəsinə malik şagirdlər onu dəqiq başa düşsünlər Əks halda 
dərsə qoyulan tələblər reallaşmayacaq və ya natamam reallaşacaqdır. 
Dərsə hazırlaşarkən müəllim hər şeydən əvvəl faktlarda «gizlənmiş» nəzəri 
materialı  ayırmalıdır.  Məsələn,  məlumdur  ki,  feodal  malikanəsi  faktında  feodal 
istehsalını  səciyyələndirmək  üçün  lazım  ola  biləcək  nəzəri  biliklər  («nəzəri 
yük»)  də  vardır  (məsələn,  feodal  istehsal  üsulunun  quldarlıq  istehsal  üsuluna 
nisbətən daha yüksək əmək məhsuldarlığını təmin etməsi). Lakin bu nəzəri bilik 
həmin  faktda  açıq-aşkar  şərh  olunmur.  Bu  biliyi  feodal  malikanəsini  təhlil 
edərkən  şagird  faktın  özündən  çıxarır.  Bu  zaman  tədqiqat  sualının  rolu 
böyükdür. Məhz tədqiqat sualında həmin bilik “gizlənmişdir”.  
Şagirdlərin 
dərketmə 
imkanları 
təlim 
prosesinin 
mühüm 
komponentlərindən  biridir.  Hər  hansı  təlim  materialının  öyrədilməsi  sahəsində 
müəllimin  gördüyü  işin  nəticəsi  şagirdlərin  fəaliyyət  və  dərketmə  imkanlarının 
nəzərə alınıb-alınmamasından asılıdır. 
Hər  bir  dərsin  təlim,  tərbiyə  və  inkişafetdirici  məqsədləri,  onun  məzmunu 
müəyyənləşdirilərkən  sinifdəki  şagirdlərin  dərketmə  imkanları  nəzərə 
alınmalıdır.  Dərsin  məqsədi  və  məzmunu  şagirdlərin  dərketmə  imkanlarına  nə 
qədər  uyğun  olarsa,  təlimin  nəticəsi  də  bir  o  qədər  uğurlu  olacaqdır:  qarşıya 
qoyulan  məqsəd  reallaşdırılacaq,  sinfin  zəif,  orta  və  quvvətli  şagirdləri  yeni 
materalın məzmunu asanlıqla dərk edəcəklər. Təlimin düzgün müəyyən edilmiş 
məqsədə  uyğun  təşkil  edildiyi  şəraitdə  fənnin  məzmunu  dərsdən-dərsə 
şagirdlərin dərketmə imkanlarını inkişaf etdirir.  


 
60 
 
Şagirdlərin  dərketmə  imkanları  təkcə  dərsin  məqsəd  və  məzmunun 
müəyyənləşdirilməsinə  təsir  göstərmir.  Məlumdur  ki,  növbəti  dərsin 
məzmununu  işləyib  hazırlayarkən  müəllim  onun  öyrənilməsi  üsullarını  da 
müəyyənləşdirir.  Müəllimin  təşkilatçılıq,  şagirdlərin  öyrənmə  üsulları 
şagirdlərin dərketmə imkanlarına müvafiq olaraq seçilir.  
Müəllimin fasilitatorluq və şagirdlərin tədqiqatşılıq fəaliyyəti, onun təşkili 
formaları,  üsulları  və  vasitələri  təlim  prosesində  əsas  yer  tutur.  Ümumiyyətlə, 
təlimin,  ayrılıqda  hər  bir  dərsin  məqsədlərinin  reallaşdırılması  təlimin  
şagirdlərin  qazanacağı  bilik  və  bacarığa  çevrilməsi,  məktəblilərin  tərbiyəsi  və 
inkişafı  bu  amildən  asılıdır.  Müəllimin  təlimdəki  xüsusi  rolu  da  bununla 
müəyyən  olunur.  O,  tarix  təliminin  üsul  və  vasitələrinə  dərindən  bələd  olmalı, 
bunları  təlimin  məqsəd  və  məzmununa,  şagirdlərin  dərketmə  və  bacarıq 
imkanlarına müvafiq olaraq tətbiq etməyi bacarmalıdır.  
Təlimin  təşkili  forması,  müəllimin  fasilitatorluq,  şagirdlərin  isə 
tədqiqatçılıq  üsulları  və  vasitələri  onun  təlim  məqsədlərinə,  məzmununa  və 
şagirdlərin  imkanlarına  uyğun  olaraq  seçilir;  bu  uyğunluq  nə  qədər  çox  olarsa, 
təlimin nəticəsi də bir o qədər uğurlu olur. 
Hazırda təlimin nəticəsi reallışdırılmış məqsəd kimi başa düşülür. O, dərsin 
sonunda  şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnməsi,  habelə  tərbiyə 
edilməsi sahəsində müəllim və şagirdlərin nailiyyətlərini göstərir. 
Hazırki dövrdə bütövlükdə təlim  prosesi fənnin  ümumi  təlim  nəticələrinin 
reallaşdırılması  istiqamətində  təşkil  edilməlidir.  Hər  bir  sinfin,  bütövlükdə  isə 
fənnin  ümumi  təlim  nəticələrinə  nail  olunması  təlimin  təşkili  forma  və 
üsullarının nə dərəcədə uğurlu seçilməsindən asılı olacaqdır. 
Fənnin  ümumi  təlim  nəticələrinin  həll  edilməsi  bilavasitə  şagirdlərin 
fəaliyyəti ilə bağlıdır. Hər hansı bir nəticə şagirdin fəaliyyətinin nəticəsidir. Ona 
görə də təlim prosesi elə təşkil olunmalıdır ki, şagirdlərin çoxsahəli fəaliyyətini 
və  çoxşaxəli  qabiliyyətlərinin  inkişafına  şərait  yaratmış  olsun.  Buna  görə  də  
təlimin  təşkilinin  elə  formalarına  üstünlük  verilməlidir  ki,  burada  şagird  təlim 
materialları  –  müxtəlif  informasiya  mənbələri  üzərində  müstəqil  işləməklə 


 
61 
nəzərdə  tutulan  standartlara  uyğun  olan  bacarıq  və  vərdişlərə  yiyələnsinlər. 
Lakin  nəzərə  almaq  lazımdır  ki,  nə  qədər  əhəmiyyətli  olsa  da  yalnız  təlimin 
təşkilat  forması  ilə  buna  nail  olmaq  mümkün  deyil.  Burada  birinci  növbədə 
təlimin  metod  və  üsullarının  düzgün  seçilməsi  tələb  olunur.  hazırki  dövrdə 
şagirdlərin  fəallığına  geniş  imkan  verən  metod  interaktiv  metod  hesab  edilir. 
Ona görə də ümumi tarix fənninin ümumi təlim nəticələrinə nail olunması üçün 
interaktiv metoddan istifadə edilməsini zəruri hesab etmişik. 
        Ümumi  tarix  fənninin  tədris  edilməsi  üçün  dairəvi  masa  məşğələləri,  beyin 
həmləsi, söz assosiasiyaları, diskussiya, debatlar, layihələrin hazırlanması, konkret 
situasiyaların  təhlili,  sərbəst  söhbət,  rollu  oyunlar,  BİBÖ,  Venn  dioqramı, 
şaxələndirmə kimi  interaktiv metodlardan istifadə etmək daha məqsədəuyğundur. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin