67
Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn,
reqlamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və.s) müəyyən edilir.
Şagirdlər 2 qrupa bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək
müəllimin təklif etdiyi problemi müzakirə edir. Dairədən kənardakı stullarda
əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun
aparıldığını müşahidə edir.
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 10-15 dəqiqədən
sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın
gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin
müzakirəsini davam etdirirlər.
Dostları ilə paylaş: