Hadisələri və ya problemləri müqayisə etmək, onların oxşar və fərqli
cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan “Ümumi tarix” fənninin
tədrisində istifadə olunması məqsədə uyğundur.
Məsələn, tarixdə baş vermiş hər iki Dünya müharibəsi müzakirə olunur.
Onların özünəməxsus cəhətləri qeyd olunduqdan sonra ümumi cəhətləridə
seçilərək qeyd olunur. Bu şagirdlərdə araşdırıcılıq, müqayisə və təhlil etmə
bacarağını formalaşdırır. Yaxud da iki şəxsiyyəti Bismarkla I Napaleonu venn
diaqramına uyğun şagirdlər qruplaşdıra bilər. Onların özünəməxsus
xüsusiyyətlərini sadalamaqla yanaşı oxşar tərəflərini də qeyd etməklə
şəxsiyyətlər şərh edə bilərlər.