“Ümumi tarix” fənninin tədrisində bu üsul qərarların qəbul edilməsi
zamanı alternativ yolları araşdırmaq və təhlil etmək məqsədi daşıyır.
Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli
yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilır. Məsələn
dünyanın üzləşdiyi hər hansı bir qlobal problem müzakirəyə qoyulur. 4-6
nəfərdən ibarət qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklərini və
çatışmazlıqlarını təhlil edir, onları “+”, və ya “-” işarəsinin qarşısında müvafiq
qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü
örtülür.
Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri
ümumiləşdirmək üçün müzakirə aparır.
Problem
Problemin
həlli yollarının
mənfi
və
müsbət
tərəfləri
Problemin həlli yolları
1-ci həll yolu
2-ci həll yolu
3-cü həll yolu
+
+