Bu üsul tətbiqi “Ümumi tarix” fənninin tədrisində tənqidi təfəkkürü,
təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir. Müəllim əvvəlcədən “Ümumi tarix” fənninə aid problemi və müzakirə
üçün sualları hazırlayır. Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemli
vəziyyət əks olunmuş iş vərəqləri, məsələn “Qarabağ məsələsi” və s. şagirdlərə
paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli
yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə
aparılır.