69
müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara
müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini
qrafik üzrə planlaşdırmağa kömək edir. “Ümumi tarix” fənninin tədrisində bu
üsul şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla
qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha
dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə
istiqamətləndirir. Layihələrin hazırlanması tarix fənninin tədrisində ən uğurlu
üsullardan biridir. Şagirdlərdə araşdırma bacarıqı formalaşır. Layihələr
hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və sinfə bunlardan
birini seçmək imkanı verir.
Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində
işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri
(ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş
formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər.
Dostları ilə paylaş: