73
2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək. (Tədris
vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, didaktik tələblərə əməl
edilir: məzmunun ardıcıllığı (bəsitdən mürəkkəbə doğru), xronoloji ardıcıllıq
(zaman ardıcıllığı), məntiqi ardıcıllıq (əvvəlcə o anlayışlar öyrədilir ki, onlar
növbəti anlayışların açılmasında mühüm əhəmiyyət daşıyır) nəzərdə tutulur.
3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq.
Tədris vahidləri üçün vaxt bölgüsünü müəyyənləşdirərkən fənn üzrə illik
dərs saatlarının ümumi sayı hesablanır. Hər tədris vahidinin əhəmiyyətliliyi və
mürəkkəbliyi baxımından vaxt müəyyən edilir. Hər bir halda şagird maraqlarını
nəzərə almaq.
Təqvim planı tərtib edilərkən dərs ilinin həftələri, tədris ilində baş verəcək
mühüm hadisələr (tarixi günlər), tədris vahidlərinin və onlara daxil olan
mövzuların adı müəyyən edilir. Hər tədris vahidi və mövzu vasitəsilə
reallaşdırılacaq məzmun standartları (alt-standartlar) seçilir, istifadə olunacaq
mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur.
Dostları ilə paylaş: