72
qalib elan olunur. Buna görə də auksion keçirilərkən sual geniş əhatəli olmalıdır.
Sadalayın, təsnif edin, göstərin, öz dikrinizi əlavə edin və sair. Bununla belə
auksionla dərsin böyük hissəsi aparılmır.
Təqdimatlar
Təqdimat tarix fənni üçün çox əlverişli metoddur. Bu kiçik summativ
qiymətləndirmələr üçün də məqbul sayıla bilər. Təqdimatlar müxtəlif formalarda
(elektron təqdimat, qəzet, buklet, kollaj, vebsayt və sair) və müxtəlif xarakterli
ola bilər. Təqdimat həm fərdi, həm də qrup şəklində tapşırıla bilər. Məqsəd
şagirdləri fəaliyyətə, yaradıcılığa, tədqiqatçılığa sövq etməkdir. Şagirdlərin
təqdimatları müxtəlif olduğundan onlara maraq çox yüksəkdir. Bu üsul həm də
şagird özünüqiymətləndirməsində də səmərəlidir. Nəzərə alamaq lazımdır ki, bu
iş daha çox əmək tələb etdiyindən ona verilən vaxt da adekvat olmalıdır. Buna
örə də təqdimatların hazırlanması həftədə bir saatlıq ümumi tarix fənni üçün ən
münasib üsullardan biri hesab oluna bilər.
Dostları ilə paylaş: