VI sinif Mövzu: Qədim Roma dövləti. Respublikanın qurulması.
Standartlar: 1.1.2, 2.1.2, 3.1.1.
Məqsəd: I. Qədim Roma dövlətinin meydana gəlməsi, inkişafı və tənəzzülü dövrlərini
fərqləndirir.
II. Qədim Roma dövlətinin təbii-coğrafi şəraiti əks etdirən xəritəsi əsasında
hadisələrin baş verdiyi tarixi məkanı təsvir edir.
III. Qədim Roma dövlətinin yaranmasını, idarəetmə qaydalarını, sosial-
iqtisadi münasibətləri təsvir edir.
İnteqrasiya: H.b. 2.1.1., 2.1.2.,
İş forması: qruplarla iş.
İş üsulları: Beyin həmləsi, suallar, klaster
Resurslar: Dünyanın siyasi xəritəsi, Romanın tematik xəritəsi, VI sinif üçün
iş dəftəri, cədvəl və sxemlər, dərslik və ədəbiyyatlar.
78
Motivasiya: Respublika anlayışı barədə şagirdlərlə sorğu aparılır. Respublika
quruluşunun yarandığı ilk dövlət müəyyənləşdirilir.