VI sinif Mövzu: Qədim Roma Mədəniyyəti Standartlar: 5.1.1 5.1.3 İnteqrasiya: A.d. 1.2.4. Əd. 2.1.3. X.d. 1.1.1. Az.t. 5.1.1
İş forması: çütlərlə, kollektiv iş
Üsul: diskkusiya, klaster
Resurslar: dərslik, flipçat, marker, şəkillər, illüstrasiyalar Məqsəd: 1. Roma mədəniyyətinin yaranmasını və inkişafını insanların həyatındakı
dəyişikliklərlə əlaqələndirilir.
2.Roma mədəniyyətinin sivilizasiyalararası əlaqələrini dəyərləndirir.
3.Roma mədəniyyətinə dair məlumatlar toplayır və təqdim edir.
Motivasiya (5) “Yol” anlayışından istifadə edirəm.
Qərim zamanlarda mövcud olan deyimə görə bütün yollar məhz bu şəhərə aparır.
Sizcə bu hansı şəhər ola bilrdi? ( “Bütün yollar Romaya aparır”)
-Ümumiyyətlə, şəhərə əsasən nə üçün gedirlər?
-Təsəvvür edin ki, siz evdən çıxmısınız və yol gedirsiniz? Siz yol boyu nə
görəcəksiniz?
Evlər, teatrlar, kitabxanalar, küçələr, meydançalar, parklar.
-Bütün bunları bir sözlə ifadə etsək nə ad verərik?
Mədəniyyət
Tədqiqat sualı -Bəs, onda qədimdə Romaya nə üçün gedirdilər? Həqiqətənmi Roma mədəniyyəti
qədər zəngin idi?