III İşin nəticələrinin yekunlaşdırılması. İşin nəticələrini yekunlaşdırmaq üçün müəllim aşağıdakıları etməlidir:
- «dairəvi masa» nın məqsədlərini yada salmalıdır
- problemə baxışlarına görə görüş iştirakçılarının yekun mövqelərini
göstərməlidir
- tutduqları mövqelərə görə iştirakçıları səciyyələndirməlidir (mövqeyində
möhkəmdir, tərəddüdlüdür və s.)
- görüş iştirakçılarının gəldiyi, yaxud yaxınlaşdığı ümumi mövqeyi ifadə
etməlidir
- görüşə dəvət olunanlara minnətdarlıq etməlidir.
«Dairəvi masa»da işgüzar və yaradıcı şəraitə nail olmaq üçün müəllim
aşağıdakı qaydalara əməl etməlidir:
- məşğələnin bütün iştirakçılarının hüquq bərabərliyi gözlənilməlidir;
- «masa»nın iştirakçıları arasında şəxsi konfliktlərin baş verməsinə yol
verməməlidir;
- hamı üçün yaxşı olsun deyə mübahisə edənləri barışdırmağa
çalışmamalıdır.