VI mərhələ: yaradıcı tətbiqetmə və ya ev tapşırıqları “Ümumi tarix” fənnində yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki
əhəmiyyətini artırır. Bu məqsədlə şagirdlərə həyatla əlaqəli praktik tapşırıqlar verilir.
Əgər yaradıcı tətbiqetməni dərhal icra etmək mümkün olmursa, o sonrakı dərslərdə
həyata keçirilir.
Dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən
geniş yayılmış sərbəst iş forması ev tapşırıqlarıdır.
Refleksiya və Qiymətləndirmə Refleksiya – təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və onu dərindən
başa düşməyə imkan verir. Qiymətləndirmə şagirdlərin təlimdəki nailiyyətlərinin
dəyərləndirilməsi prosesidir. Qiymətləndirmə konkret meyarlar üzrə aparılmalıdır.
Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.