Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə45/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   ...   41   42   43   44   45   46   47   48   ...   152
9 Ümumi tarix-kurikulum

4.1. Tarixi şəxsiyyətləri 
dövr baxımından 
qiymətləndirir. 
4.1.1. Tarixi 
şəxsiyyətləri (I Pyotr, 
Corc Vaşinqton, III 
Səlim, Nadir şah, Ağa 
Məhəmməd şah Qacar, 
I Napaleon, I 
Aleksanadır, Avraam 
Linkoln, Franklin 
Ruzvelt, Vladimir İliç 
Lenin, İosif 
Visarianoviç Stalin, 
Mustafa Kamal Atatürk, 
Sun Yatsen, Şarl de 
Qoll, Konrad Adenaur, 
Turqut Özal, Mao 
Tszedun, Cəvahirləl 
Nehru, Heydər Əliyev) 
mənsub olduqları 
ölkələrin daxili və 
beynəlxalq həyatına 
təsiri baxımından 
qiymətləndirir. 


 
42 
rolunu izah edir.  
Mus. 1.1.1 
Az-d. 2.2.3. 
Ə. 2.1.3. 
Az-t. 4.1.1. 
 
Az-t. 4.1.1. 
Az-d. 2.2.3. 
 
Az-d.2.2.3. 
Az-t. 4.1.1.  
4.1.2. Mənbələr əsasında 
qədim dövrün  tarixi 
şəxsiyyətləri haqqında 
məlumatlar toplayır, 
təqdim edir. 
 
Az-t. 4.1.2. 
Ə.2.1.3. 
İnf.  3.2.3. 
T-i. 1.3.1. 
 
4.1.2. Dövlətin və 
mədəniyyətin 
inkişafında tarixi 
şəxsiyyətlərin rolu 
ilə bağlı məlumatlar 
toplayır və 
təqdimatlar 
hazırlayır. 
Az-t. 4.1.2. 
İnf. 3.2.3. 
Ə.2.1.3.  
T-i. 1.3.1. 
4.1.2. Tarixi 
şəxsiyyətlərin oxşar 
və fərqli cəhətləri ilə 
bağlı cədvəl 
hazırlayır. 
 
İnf. 3.2.4. 
Az-t.4.1.2. 
T-i. 1.3.1. 
 
4.1.2. Topladığı materiallar 
əsasında tarixi şəxslərə dair 
esse və hekayələr yazır.  
 
 
Az-d. 3.1.4. 
X-d. 4.1.1. 
Az.t. 4.1.2. 
T-i. 1.3.1. 
 
4.1.2. Tarixi 
şəxsiyyətlərin 
fəaliyyətinə dair 
məruzə və referatlar 
hazırlayır. 
 
İnf. 4.1.2. 
A-d. 4.1.4. 
Ə. 3.1.3. 
X-d. 4.1.4. 
Az-t. 4.1.2. 
4.1.2. Tarixi 
şəxsiyyətlər haqqında 
araşdırmalar aparır, 
təqdimatlar edir. 
 
 
İnf. 3.3.2. 
Ə. 3.1.2. 
X-d. 4.1.4.  
Az-t. 4.1.2. 
Mədəniyyət 
VI sinif 
VII sinif 
VIII sinif 
IX sinif 
X sinif 
XI sinif 
5.1. Mədəniyyətləri və 
sivilizasiyaları 
qiymətləndirir. 
5.1.1. Mədəniyyətin 
ayrı-ayrı sahələrinin 
insanların həyat tərzi 
ilə əlaqələrini izah 
edir. 
Az-d. 1.2.4. 
Ə. 2.1.3. 
X-d. 1.1.1. 
Az-t. 5.1.1. 
5.1. Mədəniyyətləri 
və sivilizasiyaları 
qiymətləndirir. 
5.1.1. Avropa və 
Şərq mədəniyyətinin 
inkişaf 
xüsusiyyətlərini izah 
edir. 
İnf. 3.2.1.  3.2.3. 
X-d. 2.1.3.  
Az-t. 5.1.1. 
5.1. Mədəniyyətləri 
və sivilizasiyaları 
qiymətləndirir. 
5.1.1. Şərq və 
Qərbdə intibah 
mədəniyyətinin 
xüsusiyyətlərini 
izah edir. 
 
Az-d. 1.2.1. 
X-d. 2.1.3. 
 
5.1. Mədəniyyətləri və 
sivilizasiyaları qiymətləndirir. 
5.1.1. Mədəniyyətlərin 
inkişafına təsir edən amilləri 
izah edir. 
 
 
 
Az-d. 2.2.3. 
X-d. 2.1.3. 
 
5.1. Mədəniyyətləri və 
sivilizasiyaları 
qiymətləndirir. 
5.1.1. Aqrar (ənənəvi) 
və sənaye 
cəmiyyətlərinin 
mədəniyyətlərin 
inkişafına təsirini izah 
edir. 
X-d. 2.1.1. 
A-d.  2.2.3 
B.3.2.5.;4.2.1. 
K.4.2.1. 
5.1. Mədəniyyət və 
sivilizasiyaları 
qiymətləndirir. 
5.1.1. Aqrar (ənənəvi), 
sənaye və informasiya 
cəmiyyətlərinin 
mədəniyyətin inkişafına 
təsirini izah edir. 
 
Ə. 3.1.1. 
X-d. 3.1.1. 
 


 
43 
5.1.2. 
Mədəniyyətlərarası və 
sivilizasiyalararası 
əlaqələrə münasibət 
bildirir. 
Az-d. 1.2.4. 
Ə. 3.1.2. 
Az-t. 5.1.2. 
 
5.1.2. Şərq 
mədəniyyətinin 
dünya 
mədəniyyətinə 
təsirini müəyyən 
edir. 
Az-t. 5.1.2. 
Ə.      2.1.3. 
X-d . 2.1.3. 
5.1.2. Elmi kəşf və 
ixtiraların dünya 
mədəniyyətinin 
inkişafına təsirini 
izah edir.  
Az-t. 5.1.2. 
Ə. 4.1.3. 
Az-d. 2.1.3. 
 
5.1.2.Mədəniyyətlərarası və 
sivilizasiyalararası qarşılıqlı 
təsiri və ziddiyyətləri izah 
edir. 
 
Az-t. 5.1.2. 
H-b. 3.2.1. 
X-d. 2.1.3. 
5.1.2. Aqrar (ənənəvi) 
və sənaye 
cəmiyyətlərinin 
mədəniyyətlərarası və 
sivilizasiyalararası 
əlaqələrə təsirini 
əsaslandırır. 
X-d. 2.1.3. 
Ə. 2.1.3. 
5.1.2. Aqrar (ənənəvi), 
sənaye və informasiya 
cəmiyyətlərinin 
mədəniyyətlərarası və 
sivilizasiyalararası əlaqələrə 
təsirini əsaslandırır. 
Az-t. 5.1.2. 
Ə. 2.1.3. 
X-d. 3.1.4. 
5.1.3. Mədəniyyətlərə, 
mədəniyyətlərarası 
əlaqələrə dair 
məlumat toplayır, 
təqdim edir. 
Az-t. 5.1.3. 
İnf. 3.2.1. 
Az-d. 1.2.1.  
X-d. 2.1.3. 
Ə. 3.1.2. 
 
5.1.3. 
Mədəniyyətlərin 
inkişafı ilə bağlı 
materiallar toplayır.  
 
Az-t. 5.1.3. 
Az-d. 3.1.2. 
Ə.3.1.2. 
5.1.3. Dünya 
mədəniyyətinin 
nailiyyətlərinə dair 
cədvəl və qrafiklər 
hazırlayır. 
Az.t. 5.1.3. 
İnf. 2.1.2. 
Az-d. 3.1.3. 
X.d. 4.1.4. 
5.1.3.Mədəniyyətlərarası və 
sivilizasiyalararası əlaqələrə 
dair esse və hekayələr yazır. 
 
Az-d. 3.1.3. 
X-d. 4.1.1. 
H-b. 3.2.1. 
5.1.3. Aqrar (ənənəvi) 
və sənaye 
cəmiyyətlərinin 
mədəniyyətlərarası və 
sivilizasiyalararası 
əlaqələrə təsiri ilə bağlı 
referat və məruzələr 
hazırlayır. 
Az-t. 5.1.2, 5.1.3.  
Az-d. 3.1.4. 
Ə. 3.1.2. 
X-d. 4.1.4. 
5.1.3.Mədəniyyətlərarası və 
sivilizasiyalararası əlaqələrə 
dair referat və tezislər 
hazırlayır. 
 
Az-t.5.1.3. 
Az-d. 3.1.4. 
Ə.3.2.1. 
X-d. 2.1.3.  
 
İxtisarlar: 
Azərbaycn taix -Az-t.      
Azərbaycan dili-Az-d. 
Ədəbiyyat-Ə. 
İnformatika-İnf. 
Xarici dil-X-d. 
Təsviri incəsənət-T-i. 


 
44 
Musiqi-Mus. 
Kimya- K. 
Biologiya- B. 
Coğrafiya- C. 
Həyat bilgisi- H-b. 
 


 
45 
II Təlim strategiyaları 
2.1. Ümumi tarix təliminin təşkilinə verilən əsas tələblər 
   Demokratik cəmiyyət quruculuğu  yolu  ilə gedən ölkəmizdə hər  hansı bir 
fənn  üzrə  təlim  strategiyasını  hazırlayarkən  demokratiyanın  aşağıdakı  beş  şərti 
nəzərə alınmalıdır: 

 
Demokratiya müzakirə-düşüncələrin mübadiləsi deməkdir. 

  Demokratiyaya  yalnız  müzakirə  zamanı  nail  olmaq  mümkündür.  Ona 
görə də əgər sinifdə demokratik ab-havanın olmasını istəyiriksə, o zaman bütün 
şagirdlərin müzakirəyə qatılması planlaşdırılmalıdır. 

 
Öz fikrini, öz baxışını bölüşənlər üçün demokratik şərait lazımdır. Ona 
görə də bu, təlim elə təşkilat formalarını və üsullarını planlaşdırılmağı tələb edir 
ki, orada hər bir şagird öz baxışlarını sərbəst şəkildə elan edə bilsin. 

  Hər  bir  kəsin  öz  fikrini,  baxışını  bildirmək  haqqı  vardır.  Təlim 
prosesində  elə  bir  psixoloji  mühitin  yaradılması  planlaşdırılmalıdır  ki,  burada 
başqasının rəyinə hörmətlə yanaşılsın, plüralizm şəraiti mövcud olsun. 

 
Demokratiya görkəmli şəxsiyyətlərə hörməti qəbul edir, lakin «nüfuzlu 
adamlar səhv etmir» fikri ilə razılaşmır. (Düşüncəyə təzyiq, fikir ağalığı tiranın 
hakimiyyəti  qədər  qorxuncdur).  Bu  sözlər  həm  sinifdə  aparıcı  şəxsiyyət  hesab 
edilən müəllimə, həm də dərsdə rəyi müzakirə olunan istənilən subyektə aiddir. 
Bu  şərtlər  istər  təlim  strategiyasının  planlaşdırılmasının,  istərsə  də  onun 
dərsdə reallaşdırılmasının əsasında durmalıdır. 
Hər hansı bir dövrdə cəmiyyətin təhsilə verdiyi tələblər həmin cəmiyyətin 
iqtisadi, sosial-siyasi və mədəni inkişafından doğan tələbatları ilə sıx bağlı olur. 
Bununla  əlaqədar  olaraq,  müasir  dövrdə  ölkəmizdə  tarix  dərsinə  verilən 
tələbləri müəyyənləşdirən amillərdən aşağıdakıları göstərmək olar: 

 
Bazar  iqtisadiyyatına  keçid:  bazar  iqtisadiyyatına  əsaslanan  cəmiyyət 
şəxsiyyətdən  dərin  bilik,  mənəvi  zənginlik,  yüksək  qabiliyyət,  bacarıq  və 
vərdişlər tələb edir 

 
Ölkəmizin  hazırki  beynəlxalq  vəziyyəti:  beynəlxalq  münasibətlər 
sistemində  baş  verən  sürətli  dəyişikliklər  şəraitində  ermənilərin  ölkəmizə  qarşı 


 
46 
ərazi  iddiaları ilə bağlı tarixi saxtakarlıqları, xalqımıza qarşı böhtan  və iftiralar 
cəmiyyətdən dünyada gedən hadisə və təzahürləri düzgün qiymətləndirməyi, öz 
baxışlarının  düzgünlüyünü  sübut  etməyi  bacaran  şəxsiyyət  yetişdirməyi  tələb 
edir. 

 
Müasir  dövrdə  elmi  biliklərin  sürətli  artımı,  informasiya  axınının 
intensivləşməsi  bu  informasiya  axınından  baş  açmağı,  özü  üçün  zəruri  olan 
məlumatları seçməyi  və sistemləşdirməyi, təhlil etməyi  və  nəticə çıxarmağı, öz 
mülahizələrini təqdim etməyi bacaran şəxsiyyətlərin yetişdirilməsini tələb edir. 

 
Müasir  dövrdə  uşaqların  sürətli  inkişafı  məktəbdə  təlimin 
məzmununun, metod, forma və vasitələrinin həmin surətə cavab verməsini tələb 
edir. 

  Fiziki,  emosional  və  intellektual  inkişaf  səviyyəsi  müxtəlif  olan 
uşaqlara differensiyal yanaşmanın zərurətə çevrilməsi. 
Bu  amillər  təhsilin  modernləşdirildiyi  müasir  dövrdə  xüsusi  əhəmiyyət 
kəsb edir. 
Təhsilin modernləşdirilməsi müasir dərsə verilən tələblərə yeni prizmadan 
yanaşmağı  nəzərdə  tutur.  Müasir  dərsin  əsas  əlamətləri  təhsilin  keyfiyyəti  ilə 
bağlıdır.  Təhsilin  keyfiyyəti  isə  şəxsiyyətin,  cəmiyyətin  və  dövlətin  aktual  və 
perspektiv  tələbatlarına  müvafiq  olmalıdır.  Beləliklə,  təhsilin  modernləşdiril-
məsi  vəzifələrinin  həlli  dərsin  bu  tələbatlara  istiqamətlənməsini  tələb  edir,  bu 
tələbatların  yerinə  yetirilməsində  dərs  mühüm  rol  oynayır.  Bu  ondan  irəli  gəlir 
ki: 

   Uşaq  məktəbdə  keçirdiyi  vaxtın  çoxunu  dərsdə  oturur.  Təhsilin 
modernləşdirilməsinin əsas vəzifələri isə dərsdə həyata keçirilir. 

   Müasir dərs şagirdlər tərəfindən təhsil standartlarının mənimsəməsində 
əsas mexanizm kimi çıxış edir. 

   Dərs  zamanı  şagirdlərdə  bacarıqlar  formalaşır.  Bu  isə  təhsilin 
modernləşdirilməsinin əsas ideyalarından biridir. 


 
47 

   Şagirdə  fərdi  yanaşmanın  ən  mühüm  forması  dərsdir.  Dərsdə  onun 
maraq  və  qabiliyyətləri,  şəxsi  keyfiyyətlərinin  inkişafı  nəzərə  alınır  və  inkişaf 
etdirilir. 
Modernləşdirmənin əsas nəticələrindən biri  məktəb  məzunlarında həm  öz 
rifahı,  həm  də  cəmiyyətin  rifahı  üçün  şəxsi  məsuliyyətin  formalaşdırılmasıdır. 
Ona  görə  də  müasir  dərs  şagirdləri  yalnız  biliklərlə  silahlandırmamalı,  onların 
bütöv şəxsiyyətini, idraki və yaradıcı qabiliyyətlərini inkişaf etdirməlidir. 
Bu mövqeyə uyğun olaraq müasir dərsin təşkilinə qoyulan yeni yanaşmanı 
ümumi şəkildə aşağıdakı kimi ifadə etmək olar: 

   dərsin 
sosialyönümlülüyünün 
gücləndirilməsi, 
kommunikativ 
mədəniyyətin inkişafı; 

   təhsilin  təcrübiyönümlülüyü  (bu,  fundamental  və  praktik  biliklərin 
optimal əlaqələndirilməsini nəzərdə tutur); 

   təfəkkürün, praktik vərdişlərin inkişafına yönümlülük; 

   müxtəlif  intellektiv  kursların,  kolelktiv  iş  formalarının  genişləndiril-
məsi, öyrənilən materialın gündəlik həyatın problemlərinə bağlanması; 

   təhsil  prosesinin  diferensiallaşdırılması,  şagirdlərin  müstəqil  işinin 
artırılması (referat, layihə və s.) 
Tarix  təlimi  məktəbdə  həyata  keçirilən  təlim-tərbiyə  sisteminin  bir 
həlqəsidir.  İstər  bütövlükdə  bu  sistemin,  istərsə  də  ayrılıqda  tarix  təliminin 
səmərəliliyinə  nail olmaq  üçün onların arasında sıx  əlaqənin  yaradılması təmin 
olunmalıdır.  Bu  əlaqə  olmadan,  ayrı-ayrılıqda  onların  heç  biri  məktəblilərin 
təlim-tərbiyəsi  sahəsində  qarşıya  qoyulan  vəzifələrin  öhdəsindən  gələ  bilməz. 
Buna  görə  də  ümumi  tarixdən  kurikumun  hazırlanması  prosesində  aşağıdakı 
amillər nəzərə alınmalıdır: 

  Tarix  dərslərində  şagirdlərin  təlimi,  tərbiyəsi  və  inkiaşfı  prosesinin 
digər məktəb fənlərinin öyrənilməsində həyata keçirilən təlim-tərbiyə prosesi ilə 
əlaqələndirilməsi; 


 
48 

   Tarixin öyrənilməsi prosesində həyata keçirilən təlim-tərbiyə işlərinin 
ailədə,  ictimaiyyətdə,  kütləvi  informasiya  və  təbliğat  vasitələrində  həyata 
keçirilən tərbiyəvi təsirlərlə əlaqələndirilməsi; 

   Şagirdlərin  tarix  dərslərindəki  fəaliyyətinin  ictimai  fəalliyyət  ilə 
əlaqələndirilməsi. 
Bütün  bunları  nəzərə  alaraq  mövcud  psixoloji-metodiki  ədəbiyyatı  təhlil 
edərək  tarix  dərsində  təlimin  təşkilinə  verilən  tələbləri  aşağıdakı  kimi 
formalaşdırmışıq: 

   tarix  dərsinin  məzmunu  cəmiyyətin  sosial,  iqtisadi,  siyasi  və  mədəni 
həyatının  inkiaşf  səviyyəsinə  və  tələblərinə,  o  cümlədən  tarix  elminin  müasir 
vəziyyətinə uyğun olmalıdır; 

   Təlimin  məzmunu  dövlət  standartlarının  və  fənn  kurikumunun 
tələblərinə, dərsin təhsil, tərbiyəvi və inkişafetdirici vəzifələrinə, şagirdlərin yaş 
xüsusiyytələrinə,  bilik,  bacarıq  və  vərdişlərinin  inkişaf  tələblərinə  müvafiq 
olmalıdır; 

  Təlimin 
təhsil, 
tərbiyə 
və 
inkişafetdirici  vəzifələri  düzgün 
müəyyənləşdirilməli və kompleks şəkildə həyata keçirilməlidir; 

  Təlimin  hər  bir  mərhələsində  şagirdlərin  idrakı  fəallığını  təmin  edən 
kollektiv  və  fərdi  işin  müxtəlif  formalarını  əlaqələndirməyə  imkan  verən 
öyrənmə,  stimullaşdırma  və  nəzarətin  ən  səmərəli  üsul,  metod  və  vasitələri 
seçilməli, onların optimallığı təmin edilməlidir; 

 
Şagirdlərin  dərketmə  fəaliyyəti  təlimin  digər  komponentlərinə  uyğun 
olaraq təşkil edilməlidir; 

 
Şagirdlərin  fəallığının  təmin  edilməsi  üçün  təlim  motivləşdirilməlidir, 
yəni şagirdlərdə işin məzmun və metodlarına maraq oyadılmalı, dərsdə yaradıcı, 
emosional şərait təmin edilməlidir; 

  Təlimin  metod  və  vasitələri  dərsin  növü  və  onun  strukturu  ilə 
uyğunlaşdırılmalıdır; 

  Təlimdə müəllim və şagird fəaliyyətinin vəhdəti təmin olunmalıdır; 

  Təlimin səmərəliliyi təmin olunmalıdır. Yəni: 


 
49 
a) şagirdlər özünütəhsil və refleksiya təcrübəsi əldə etməli, sinifdə onların 
tətbiqi təmin olunmalıdır; 
b)  məktəblilərin  öz  öyrənmə  fəaliyyətinin  nəticələrini  təqdimat,  esse, 
layihə,  veb-sayt  formasında  təqdim  etmək  təcrübəsinin  tətbiqinə  nail 
olunmalıdır; 
c)  təlimin  qarşısına  qoyulan  standartların  maksimum  reallaşdırılmasına 
nail olunmalıdır; 

 
tarix təliminin müasir həyatla əlaqəsi təmin edilməlidir; 

 
tarix  üzrə  dərs  və  dərsdənkənar  (sinifdənkənar)  işin  vəhdəti  təmin 
olunmalıdır; 

 
təlimdə  bütün  didaktik  prinsiplərin  optimal  nisbətdə  həyata 
keçirilməsi təmin edilməlidir. 
 
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin