VII sinif
Mövzu: Qərbi Hun dövləti.
Standartlar: 2.1.2. 3.1.1, 4.1.1.
Məqsəd: I. Hun dövlətinin yaranmasını, idarə etmə qaydalarını, sosial-
iqtisadi münasibətləri nümayiş etdirir.
II. Qərbi Hun dövlətinin inkişafında şəxsiyyətlərin rolunu izah edir.
III. Hun dövlətinin ərazisini xəritədə müəyyənləşdirir.
İnteqrasiya:
Ə. 2.1.3. H.b. 2.1.1, 2.1.2, 2.2.1. Az.t. 3.1.2. 3.1.3
İş forması: kollektiv və qruplarla iş.
Təlim üsulları: Beyin həmləsi, klaster, venn diaqramı və müzakirə.
Resurslar: Dünyanın siyasi xəritəsi, Qərbi Hun dövlətinin tematik xəritəsi,
VII sinif üçün iş dəftəri, Qərbi Hun dövlətinə aid audiovizual vəsait, cədvəl və
sxemlər, dərslik və ədəbiyyatlar.
Motivasiya: Şagirdlərə “Atilla” filmindən bir epizod nümayiş etdirilir. Sonra
filmin baş qəhrəmanı barədə hansı məlumatlara malik olmaları soruşulur.
Baş qəhrəmanın adı məlum olduqdan sonra tədqiqat sualı lövhəyə yazılır.
Tədqiqat sualı: Necə oldu ki, Avropada böyük Hun dövləti yarandı?
Bu dövlətin idarə olunması, sosial-iqtisadi münasibətləri necə qurulmuşdur?
Dostları ilə paylaş: