1.2. Məzmun xətləri Ümumi tarix fənninin məzmunu onun məzmun xətləri əsasında qurulur.
Məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasının
istiqamətlərini müəyyən edir.
Ümumi tarix fənni üzrə ümumi və tam orta təhsil pillələri üçün ümumi olan
aşağıdakı məzmun xətləri müəyyənləşdirilmişdir:
1. Tarixi zaman
2. Tarixi məkan
3. Dövlət
4. Şəxsiyyət
5. Mədəniyyət
Ümumi tarix fənnindən hər sinifdə şagirdin fəaliyyətinin səviyyəsi məzmun
xətləri üzrə standartlara uyğun olaraq inkişaf etməkdə davam edir. Hər bir sonrakı
sinifdə şagird əvvəlkinə nisbətən daha mürəkkəb zehni, əməli, kommunikativ
fəaliyyətləri icra etməli olur, yəni şagirdlərin fəaliyyətinə verilən tələblər sinifdən
sinfə keçdikcə mürəkkəbləşir.