14
Ən qədim dövrlərdən insanlar özlərinin maddi tələbatlarını ödəmək üçün öz
aralarında müəyyən münasibətlərə girmiş, istehsal fəaliyyətlərini təkmilləşdirmişlər.
İstehsalın inkişafı insanlar arasında iqtisadi münasibətlərin xarakterinə də təsir
göstərmişdir.
İqtisadi həyatda baş verən proseslər cəmiyyətin təşkili formalarının
dəyişməsinə, sosial qrupların, təbəqələrin yaranmasına gətirib çıxarır. Dəyişikliklərdə
sosial hərəkatlar əhəmiyyətli rol oynayır. Cəmiyyətin inkişafı prosesini öyrənmək və
dərk etmək üçün onun sosial-iqtisadi həyatı haqqında biliklərə yiyələnmək və onları
qiymətləndirmək zəruri hesab edilir.
İnsanların daxil olduğu ən mürəkkəb və eyni zamanda sabit qurum dövlətdir.
Tarix təlimində məktəblilərin dövlətin yaranması prosesi, onun tipləri, idarəçilik
formaları ilə tanış olmaları dövlətin siyasi quruluşu ilə ölkənin sosial-iqtisadi, mədəni
həyatı arasındakı əlaqəni görməyə, dövlətin cəmiyyətin həyatındakı rolunu başa
düşməyə kömək edir.
Dostları ilə paylaş: