Kapitalist münasibətləri - Istehsal vasitələri üzərində xüsusi mülkiyyətə
və muzdlu əməyin istismarına əsaslanan münasibətlər.
Kəndli - 1. Kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam;
kənd əhli, kəndçi. 2. Bir kənddən olan adamlardan hər biri, yerli.
Konstitusiya – latınca quruluş, təsisat deməkdir. Bir dövlətin ictimai və
dövlət quruluşunu, seçki sistemini, dövlət orqanlarının fəaliyyət və təşkilat
prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən edən əsas
qanunu.