Qərb mədəniyyəti – Kilsənin təsirindən azad olduqdan sonra Avropa və
ABŞ da daxil olamqla XVIII əsrdən sonra formalaşmış, dini dəyərlərdən uzaq
ədəbi, bədii, fəlsəfi dünyagörüş, miras, əxlaq və davranış qaydaları toplusuna
verilən addır. Bir qayda olaraq Qərb mədəniyyətini mütərəqqi, Şərqi isə
mürtəce kimi təqdim etməyə çalışırlar.
Qərinə - Əslində 33 illik bir dövr olub, əsr mənasında işlənir
Qiymətləndirməstandartı- təhsil alanların nailiyyət səviyyəsinə qoyulan
dövlət tələbidir.
Qlobal problem - Bütün Yer kürəsini bürüyə bilən bir məsələ.
Qul – 1. Qədim dövrlərdə: möharibədə əsir tutulub satılan adam. 2. Xidmət
üçün satın alınmış adam; hər cür istehsal vasitəsi və hüquqdan məhrum olan və
tamamilə öz sahibinin ixtiyarında olub, bir mal kimi alınıb satılan adam; kölə.
3. məc. Öz iradəsini, hərəkətlərini tamamilə bir şeyə, ya başqasına tabe etmiş
adam.
Quldar - Quldarlıq cəmiyyətində: qullara sahib olan adam.