Sosial-iqtisadi vəziyyət – cəmiyyətdə əhalinin, sosial qrupların
iqtisadiyyatla bağlı hal və vəziyyəti, adambaşına düşən milli gəlirin həcmi.
Şərq mədəniyyəti – Şərq ölkələrinə aid mədəniyyət, mədəniyyət sahələri.
Şəxsiyyətyönümlülük – Milli Kurikulumun hazırlanması zamanı nəzərə
alınmış didaktik prinsiplərdən biridir. Onun tələbinə görə, kurikulumların
tərkibində olan təlim standartları, strategiyaları və qiymətləndirmə
mexanizmləri şagird şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar
əsasında yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu
keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və ya
mədəniyyətlər terminləri ilə ifadə edilir.
Tarixi faktlar – tarixdə baş vermiş hadisələrə dair faktlar.
Tayfa- 1. Sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq
münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm. 2. dan. Xalq,
millət mənasında. 3. dan. Qohum, qəbilə, qohum-əqrəba. 4. dan. zar. Ümumi
bir xüsusiyyəti (əsasən ixtisası, sənəti, zehniyyəti) ilə birləşən adamlar dəstəsi,
qrupu.
Teatr - 1. İncəsənətin, aktyorların tamaşaçılar qarşısında göstərdikləri
səhnə tamaşaları vasitəsilə həyatı bədii surətdə əks etdirən növü. 2. Səhnə
tamaşaları göstərən və bunun üçün ixtiyarında hər cör lazımi imkanları (artist
kollektivi, bina və s.) olan idarə, təşkilat, müəssisə.
|