17
3. Dövlət
Şagird:
- cəmiyyət və dövlətlərin inkişafında islahat və inqilabların rolunu fərqləndirir,
aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir və münasibət
bildirir;
- bəşəriyyəti narahat edən qlobal problemlərin həllində dövlətin rolunu şərh
edir;
- mənbələr əsasında müxtəlif dövlətlərin tarixinə dair təhlillər aparır, referat,
məruzə və tezislər hazırlayır.
4. Şəxsiyyət
Şagird:
- tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin rolunu qiymətləndirir,
mülahizələri əsasında təqdimatlar edir;
- tarixi şəxsiyyətlərə dair tədqiqatlar aparır, mövqeyini bildirir və əsaslandırır.
5. Mədəniyyət
Şagird:
- aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərində mədəniyyətin inkişaf
xüsusiyyətlərini müqayisə edir və əsaslandırır;
- müasir dövrün qlobal problemlərinin həllində mədəniyyətlərəarası və
sivilizasiyalrarası dialoqun qoluna dair materiallar toplayır, məruzə və referatlar
hazırlayır.
Dostları ilə paylaş: