Mədəniyyət Şagird: •
mədəniyyətləri və sivilizasiyaları xarakterik əlamətlərinə görə müqayisə edir və fərqləndirir; •
müxtəlif xalqların mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, təqdimatlar edir. Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 1. Tarixi zaman Şagird:
- mənbələr əsasında müxtəlif tarixi dövrləri təhlil edir, onların oxşar və fərqli
cəhətlərini izah edir, tezis, referat, məruzə hazırlayır;
- tarixi hadisə, proses və təzahürlərin səbəb-nəticə əlaqələrini müəyyən edir və
tarixi dövr baxımından qiymətləndirir;
- dünya tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni dövrləri ilə
müqayisə edir və təhlillər aparır, mülahizələrini bildirir.