Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


III.  Şagird nailiyyətlərinin qiymətləndirilməsi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə3/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   2   3   4   5   6   7   8   9   ...   152
9 Ümumi tarix-kurikulum

III.  Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
Tezaurus 
Resurslar 
İstifadə olunmuş ədəbiyyat  
 
 
 
 
 
GİRİŞ 
 


 

Ümumi tarix  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu) və  onun  xarakterik 
cəhətləri. Ümumi tarix fənni üzrə təhsil proqramı (kurikulumu)  bu fənnin məqsəd və 
vəzifələrini, onun əhəmiyyətini,  fənnin özünəməxsus cəhətlərini,  ümumi orta  və tam 
orta  təhsil  səviyyələri  üzrə  ümumi  təlim  nəticələrini,  fənn  üzrə  məzmun  xətlərini  və 
onların əsaslandırılmasını,  hər bir sinif  üzrə ümumi təlim  nəticələrini (əsas  məzmun 
standartlarını),  fəndaxili  və  fənlərarası  inteqrasiyanı,  təlim  strategiyalarını, 
qiymətləndirmə nümunələrini əhatə edən sənəddir. 
Ümumi  tarix  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  “Azərbaycan 
Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Milli  Kurikulumu)”  əsasında 
hazırlanmış,  oradakı  standartların  reallaşdırılmasına  yönəldilmişdir.  Kurikulumda 
tarix  fənni  üzrə  ümumi  təlim  nəticələri,  öyrənmə  strategiyaları  və  idarəetmə 
mexanizmləri əhatə edilmişdir. 
 Müasir  dövrdə  fənn  üzrə  üzrə  təhsil  proqramın  (kurikulumun)  hazırlanması 
cəmiyyətdə  baş  verən  bir  sıra  sürətli  dəyişikliklərlə  bağlıdır.  Həmin  dəyişikliklər 
aşağıdakılardan ibarətdir: 
-  insanların  iqtisadi  fəaliyyətində  elm,  təhsil  və  texnologiyaların  üstün  rol 
oynaması; 
-  informasiyanın  dünya  iqtisadiyyatının  əsas  resurslarından  birinə  çevrilməsi; 
milli,  regional  və  dünya  iqtisadiyyatının  informasiya  texnologiyaları  və 
telekommunikasiyalar əsasında inteqrasiyası; 
-  cəmiyyətin  bütün  sosial  səhələrini  əhatə  edən  informasiya  texnologiyalarının  
fasiləsiz olaraq tətbiqi və yeniləşməsi; 
-  peşə  məşğuliyyətində  gedən  struktur  dəyişiklikləri,  həmçinin  informasiyanın 
istehsalı,  yayılması,  mühafizəsi  ilə  bağlı  olan  sosial  qrupların  cəmiyyətdə  üstünlük 
təşkil etməsi 
-  şəxsiyyətin,  sosial  təbəqələrin  və  bütövlükdə  cəmiyyətin  sosial  statusunun 
müəyyən edilməsində təhsilin əsaslı rol oynaması. 
Bu  dəyişikliklər  cəmiyyətin  üstün  inkişafını  səciyyələndirməklə,  onu  həyata 
keçirən,  formalaşdıran  insanın  təfəkkür,  əxlaqi-mənəvi  cəhətdən  yetkinləşməsini, 
dünyagörüşünə  yiyələnməsini  mühüm  tələb  kimi  qarşıya  qoyur.  Tarixi  fakt  və 


 

hadisələrin,  şəxsiyyətlərin  bu  prosesdə  faydalılığı  daha  qabarıq  görünür.  Onları 
sadəcə sadalamaq, yadda saxlamaq deyil, müqayisələr aparmaq, analiz, sintez etmək, 
ümumiləşdirməklə  şəxsiyyətin  inkişafına  yönəltmək  mühüm  vəzifələrdən  birinə 
çevrilir.  Bu  mənada  ümumi  tarix  fənni  kurikulumunun  şəxsiyyətyönümlü  xarakteri 
onun müasir səciyyəvi keyfiyyətlərindən biri kimi qeyd olunur. 
Nəticəyönümlülük ümumi tarix fənni kurikulumunun əsas cəhətlərindən biridir. 
Bu,  daha  çox  kurikulumlardakı  məzmun  standartlarının  mahiyyəti  və  məzmunu  ilə 
xarakterizə  olunur,  həmin  standartlardakı  zəruri  bilik  və  fəaliyyətlərin  ifadə  tərzində 
öz əksini tapır. Bunlar mahiyyət etibarilə gözlənilən nəticələrdir ki, kurikulumda həm 
təhsil  səviyyələri,  həm  də  siniflər  üzrə  müəyyənləşdirilmişdir.  Onlar  ümumi  tarix 
üçün  xarakterik  olan  beş  ən  mühüm  ümumi  anlayışla  (tarixi  zaman,  tarixi  məkan, 
dövlət,  şəxsiyyət,  mədəniyyət)  ümumiləşdirilərək  təsnif  olunmuşdur.  Təhsil 
proqramılarında (kurikulumlarda) həmin ümumiləşdirmələr məzmun xətti adlanır. 
Ümumi tarix fənni üzrə təhsil proqramı (kurikulumu) mahiyyət etibarilə həm də 
konseptual xarakter daşıyır. Orada təlim strategiyası və qiymətləndirmə məsələlərinə 
ümumi tələblər səviyyəsində yanaşılır.  
Respublikada  ümumi  tarixin  təlim  sisteminə  istiqamət  vermək  məqsədi  əsas 
götürülür.  Onun  bölgələrdə  və  məktəblərdə  məktəb  kurikulumu  formasında 
konkretləşəcəyi diqqət mərkəzində saxlanılır. 
 Qeyd  olunan  xüsusiyyətlər  ümumi  tarix  fənni  üzrə  təhsil  proqramının 
(kurikulumun)    bir  təhsil  sənədi  olmaqdan  əlavə,  həm  də  ictimai-kütləvi  xarakterini 
meydana çıxarır. Bu sənəd təhsildə maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər 
üçün  də  əhəmiyyət  daşıyır.  Onlar  övladlarının  inkişafını  məhz  bu  sənəd  əsasında 
izləyir, istiqamətləndirirlər. 
Bundan  əlavə,  gənc  nəslin  formalaşmasında  maraqlı  olan  hər  kəsin 
kurikulumlardan istifadə edə bilməsi də diqqət mərkəzində saxlanılmışdır.  

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin