Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Tarix ən qədim zamanlardan bu
günümüzə qədər cəmiyyətin meydana gəlməsini, inkişaf tarixini, mərhələlərini
araşdırır, sistemləşdirir, tarixi zaman, tarixi məkan səviyyəsində onları dəyərləndirir,
mədəniyyətlərin, dövlətlərin, şəxsiyyətlərin rolunu müəyyənləşdirir. Ümumi tarix
8
fənninin əsas məzmununun formalaşdırılmasında tarix elminin bu nailiyyətlərinə
istinad olunur. Tarixi anlayışlar, hadisə və faktlar baza bilikləri kimi
müəyyənləşdirilir.
Bunlarla yanaşı, ümumi tarix fənni pedaqoji anlayış kimi həm də
pedaqogikanın, psixologiyanın, fiziologiyanın zəruri tələblərinə cavab vermək üçün
bir sıra keyfiyyətləri ehtiva edir. Bu mənada ümumi tarix inteqrativ fənn xarakteri
daşıyır və fundamental tarix elmindən fərqlənir.
Yeni sisteminin qurulduğu hazırkı şəraitdə fənlərin də rolu dəyişir. Onlar
şəxsiyyəti idraki və əxlaqi-mənəvi cəhətdən formalaşdıran vasitəyə çevrilməkdədir.
Ümumi tarix də bu prosesdə aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyət daşıyır:
tarixi fakt və hadisələrin ümumiləşdirmə, təsnifetmə, induksiya, deduksiya
kimi məntiqi əməliyyatlar vasitəsilə təhlil edilməsi;
yaradıcı fəaliyyət təcrübəsi;
tarixi
faktların təhlilinə müxtəlif mövqelərdən yanaşılması və
qiymətləndirilməsi;
əsas tarixi fakt və hadisələrin, onlar arasındakı səbəb-nəticə əlaqələrinin
açılması;
ayrı-ayrı tarixi faktlarda ictimai inkişafın ümumi qanunauyğunluqlarına
məxsus əlamətlərin müəyyənləşdirilməsi;
hər bir tarixi faktın xarakterinə görə aydınlaşdırılması və proqnozların
verilməsi.
Bütün bunlarla yanaşı, müasir dövr məktəblidən həm də başqalarının fikirlərinə
hörmətlə yanaşmağı, sosial şəraitindən asılı olmayaraq insanların düşdüyü vəziyyəti
başa düşməyi, onlara həssas yanaşmağı, kollektivdə əməkdaşlıq etməyi, ətrafındakı
situasiyanı düzgün təhlil edərək uğur qazanmağı, tolerantlığı tələb edir. Bu baxımdan
bir fənn kimi tarixin geniş imkanları vardır.
Ümumi tarix fənni şagirdlərə keçmiş və müasir dövrün problemlərini tədqiq
etmək, inkişafın səbəb-nəticə əlaqələrini və xüsusiyyətlərini dərk etmək, sosial-siyasi,
iqtisadi və mədəni proseslərin bir-biri ilə qarşılıqlı təsirini öyrənmək imkanı yaradır.
Tarixi keçmişi öyrənməklə şagirdlər müasirliyi dərk edirlər, başqa sözlə, tarixi
9
keçmişdən bu gün üçün dərs alırlar, çünki mahiyyət etibarilə tarixi keçmişin və
müasir dövrün dərk edilməsinin məntiqi yolu eynidir.
Ümumi tarix dərslərində şagirdlər cəmiyyətin meydana gəlməsini, onun zaman
və ətraf aləmlə əlaqədə inkişafını, quruluşunu, insan-cəmiyyət, zaman-məkan
qarşılıqlı əlaqələrini öyrənirlər.
Bu fənn şagirdlərə dünyanı sevməyi və qorumağı, cəmiyyətdəki proseslərə fəal
münasibət bəsləməyi, müxtəlif zamanları fərqləndirməyi, öz dövrünü və özünü daima
dəyişən dünya ilə əlaqələndirməyi öyrədir.
Bundan əlavə, ümumi tarix şagirdlərdə insanlara, maddi və mənəvi
mədəniyyətin inkişafı sahəsində onların işinə hörmət hissi tərbiyə etmək, ictimai
inkişafın müxtəlif problemləri ilə əlaqədar tədqiqat aparmaq və onların həlli yollarını
tapmaq, əməkdaşlıq etmək, tənqidi düşünmək, hadisə və təzahürlərin inkişafının
nəticələrini proqnozlaşdırmaq, düşdüyü şəraitdən baş açmaq, düzgün qərarlar qəbul
etmək və b. bacarıqları formalaşdırmağa imkan verir.
Ümumtəhsil məktəbində ümumi tarix fənninin tədrisinin əsas məqsədi
məktəblilərdə fəal həyat mövqeyi, vətənpərvərlik, digər xalqlara, ümumbəşəri
dəyərlərə hörmət, mənəvi və mədəni nailiyyətlərə əsaslanan əqidə prinsipləri,
Azərbaycan və bütün dünya xalqlarının ənənələrinə və mədəniyyətlərinə qarşı
humanizm hissi, dövlətçilik ənənələrinə hörmət formalaşdırmaq üçün onlarda keçmiş
və müasir dövr hadisələrini sərbəst təhlil etmək, faktların ümumiləşdirilməsi, əldə
olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin qiymətləndirilməsində istifadə,
tarixi mənbə, müxtəlif fikir, mövqe və konsepsiyaları sərbəst təhlil etmək,
başqalarının fikirlərinə hörmət etmək bacarıq və vərdişləri aşılamaqla kommunikativ,
təfəkkür və hüquqi mədəniyyət formalaşdırmaqdan ibarətdir.
Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi zəruri
hesab edilir:
tarixə dair bilik mənbələrinin üzərində müstəqil işin təşkili;
tarixi hadisə və faktların araşdırılması, qiymətləndirilməsi;
tarixi prosesi və ictimai həyatın müxtəlif cəhətlərini xarakterizə edən ən
mühüm faktların seçilməsi və ümumiləşdirilməsi;
10
tarixi faktların mülahizələrdən fərqləndirilməsi və əsaslandırılması;
tarixi faktların müxtəlif mövqedən qiymətləndirilməsi;
tarixi fakt və hadisələrin əsasında qərarların qəbul edilməsi və təqdim
olunması;
insan hüquqlarına, demokratik dəyərlərə, xalqların tarix və mədəniyyətinə,
milli-mənəvi dəyərlərə, vətənə hörmət hissinin formalaşması;
bəşəriyyətin mənəvi irsinin qorunması, zənginləşdirilməsi, hörmət və
sədaqətin tərbiyəsi.
Ümumtəhsil məktəblərində Ümumi tarix fənninin təlimi vasitəsilə şagirdlərdə:
Dostları ilə paylaş: |