Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə68/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   ...   64   65   66   67   68   69   70   71   ...   152
9 Ümumi tarix-kurikulum

 
 
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırmasına dair 
nümunələr 
 
 
“Ümumi  tarix”  fənninin  tədrisində  illik  planlaşdırma  müəllimlərin 
qarşısında  duran  ən  mühüm  vəzifədir.  Planlaşdırma  əsas  məqsədləri 
müəyyənləşdirmək  və  onlara  nail  olmaq  üçün  müəllimlərin    fəaliyyət 
istiqamətidir.  İllik  planlaşdırmada    tədris  vahidinin    nə  zaman  və  hansı 
ardıcıllıqla  tədris  ediləcəyi  göstərilir.  Eyni  zamanda    hər  fəslə  ayrılacaq  vaxtı 
müəyyənləşdirilir. Fənnin planlaşdırılması  ardıcıllığı aşağıdakı kimidir: 
 
1.  Tədris  ediləcək  tədris  vahidlərini  məzmun  standartlarına  əsasən  
müəyyən  etmək.  Yəni  ilk  növbədə  standartlar  müəyyənləşir,  sonra  isə  tədqis 
vahidi onlara uyğunlaşdırılır. 


 
73 
 
2. Tədris vahidlərinin  ardıcıllıq prinsiplərini   müəyyənləşdirmək. (Tədris 
vahidlərinin    ardıcıllıqla  müəyyənləşdirilməsi    dedikdə,  didaktik  tələblərə  əməl 
edilir:  məzmunun  ardıcıllığı  (bəsitdən  mürəkkəbə  doğru),  xronoloji  ardıcıllıq 
(zaman  ardıcıllığı),  məntiqi  ardıcıllıq    (əvvəlcə  o    anlayışlar  öyrədilir  ki,  onlar 
növbəti  anlayışların  açılmasında  mühüm əhəmiyyət daşıyır) nəzərdə tutulur.  
 
3. Hər tədris vahidi  üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq.  
 
Tədris vahidləri üçün vaxt bölgüsünü  müəyyənləşdirərkən fənn üzrə illik  
dərs  saatlarının  ümumi  sayı  hesablanır.  Hər  tədris  vahidinin  əhəmiyyətliliyi  və 
mürəkkəbliyi baxımından  vaxt  müəyyən edilir. Hər bir halda şagird maraqlarını 
nəzərə almaq. 
 
Təqvim planı tərtib edilərkən dərs ilinin həftələri, tədris ilində baş verəcək 
mühüm  hadisələr  (tarixi  günlər),  tədris  vahidlərinin  və  onlara  daxil  olan 
mövzuların  adı  müəyyən  edilir.  Hər  tədris  vahidi  və  mövzu  vasitəsilə 
reallaşdırılacaq  məzmun  standartları  (alt-standartlar)  seçilir,  istifadə  olunacaq 
mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur. 
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin