Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə67/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   ...   63   64   65   66   67   68   69   70   ...   152
9 Ümumi tarix-kurikulum

 
Auksion 
        Fəal  təlim  texnikalarından  biridir.  Bu  üsul  tarix  dərslərində  geniş  istifadə 
oluna  bilər.  Bütün  kollektivin  fəaliyyətə  cəlb  olunması  mümkündür.  Hafizə, 
məntiqi,  hətta  tənqidi  tipli  sualla  müraciət  edərək  cavablar  şagirdlər  tərəfindən 
bir-bir  sadalanır.  Nə  qədər  çox  cavab  verilərsə  bir  o  qədər  yaxşıdır.  Bu 
şagirdlərin  biliklərinin  ortaya  çıxması  deməkdir.  Sonuncu  cavab  veriən  şagird 


 
72 
qalib elan olunur. Buna görə də auksion keçirilərkən sual geniş əhatəli olmalıdır. 
Sadalayın,  təsnif  edin,  göstərin,  öz  dikrinizi  əlavə  edin  və  sair.  Bununla  belə 
auksionla dərsin böyük hissəsi aparılmır. 
 
Təqdimatlar 
 
Təqdimat  tarix    fənni  üçün  çox  əlverişli  metoddur.  Bu  kiçik  summativ 
qiymətləndirmələr üçün də məqbul sayıla bilər. Təqdimatlar müxtəlif formalarda 
(elektron təqdimat, qəzet, buklet, kollaj,  vebsayt  və sair) və  müxtəlif   xarakterli 
ola  bilər.  Təqdimat  həm  fərdi,  həm  də  qrup  şəklində  tapşırıla  bilər.  Məqsəd 
şagirdləri  fəaliyyətə,  yaradıcılığa,  tədqiqatçılığa  sövq  etməkdir.  Şagirdlərin 
təqdimatları  müxtəlif  olduğundan  onlara  maraq  çox  yüksəkdir.  Bu  üsul  həm  də 
şagird özünüqiymətləndirməsində də səmərəlidir. Nəzərə alamaq lazımdır ki, bu 
iş daha çox əmək tələb etdiyindən ona  verilən  vaxt da adekvat olmalıdır. Buna 
örə də təqdimatların hazırlanması həftədə bir saatlıq ümumi tarix fənni üçün ən 
münasib üsullardan biri hesab oluna bilər.   

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin