Məlumat mübadiləsi: Qruplar öz işlərini təqdim edirlər və dəqiqləşmələr
aparılır
Məlumatların müzakirəsi: Suallar əsasında şagirdlər müzakirəyə başlayır.
Nəticənin çıxarılması: Nəticədə şagirdlər Roma dövlətinin meydana
gəlməsini, əhalisini, orada yaşayan sosial təbəqələrin mövqeyini öyrənirlər. Romada
respublikanın əhəmiyyətini izah edirlər.
Yaradıcı tədbiqetmə və ya ev tapşırığı: Qədim Roma Respublikası ilə
müasir İtaliyada Respublikanın oxşar və fərqli tərəfləri aşkar edin və esse yazın
Qiymətləndirmə: Şagirdlər özünüqiymətləndirmə vərəqləri əsasında
qiymətləndirilir.