Məlumatın mübadiləsi və müzakirəsi (7) Çütlər öz işlərini divardanasırlar. Müəllimlər diskusiya şəklində verdiyi tapşırıqların
məntiqi cavablarını alır. Cütlər öz səhvlərini özləri aşkar edirlər. Lakin düzəlişlər
olmur. Müəllim işləri dərsdən sonra götürməli və evdə yoxlamalıdır.
Müzakirəs sualları: Romalılar nə üçün belə möhtəşəm binalar tikirdilər? Bu binaları kim tikirdi?
Tədqiqatın davamı Tədqiqat sualı: Roma mədəniyyətinin hüdudları nə qədər geniş ola bilərdi?
Tədqiqat: (5 dəq) Bunun üçün cütlərə Roma imperiyasının siyasi-inzibati xəritəsi paylanılır. Xəritədə
imperiya ərazisində yaşayan xalqların adları qeyd olunur. Tapşırıq xəritədə Romaya
gedən şərq, qərb, şimal, cənub yolları istiqamətlərində yaşayan tayfaların adlarını
müəyyən edib, onların romaya gedən yollarını müəyyənləşdirsinlər və onları
sadalamaqla klasteri tamamlamaq. Sadalama auksion şəklində aparılır, müəlim
verilən cavabları klasterə yerləşdirir.
Sonra müzakirə aparılır:
81
-Sizcə bu qədər xalqların yaşadığı və Romaya gedən bu qədər yolların mövcud
olduğu ərazidə xalqlar bir-biri ilə necə ünsiyyət yaradırdılar? Onların vahid dilə
ehtiyacı vardırmı?
-Bu hansı dil ola bilərdi?