Auksion
Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri
auksionun keçirilmə
qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və
ya hadisənin xüsusiyyətləri
ardıcıl şəkildə adlandırılır.
Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir:
hər bir fikirdən
sonra müəllim sayır: “bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər.
Sonuncu təklif verən qalib sayılır. Fikirlər bir-birini təkrarlamamalıdır.
Bunun
üçün hamı bir-birini dinləyir. Bu zaman başqa şagird tez yeni fikir söyləyə bilər.
Oyunda axırıncı mümkün cavabı verən şagird “Auksion”u qazanır.
Məsələn:
M: Adlardan fel düzəldən şəkilçiləri deyin.
Ş:
- la
2
- laş
2
- lan
2
- ar
2
M: “-ar
2
” bir..., “-ar
2
” iki
Ş:
- al
2
(-l)
Klaster (şaxələndirmə)
Müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində
dairə çəkilir və onun
mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr
söyləmək şagirdlərə
tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla
əlaqəli
sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və
onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster
müzakirə
edilir və ümumiləşdirmə aparılır.