Yaradıcı tədbiqetmə
Şagirdlərə istənilən mətndə feli bağlamaları seçmək, onların mənasını
izah etmək
və şəkilçilərini göstərmək tapşırılır.
Qiymətləndirmə. Qrupların fəaliyyəti ulduz işarələri
vasitəsilə meyarlar
cədvəlinə əsasən qiymətləndirilir:
VII sinif
Standart: 2.1.1., 4.1.2., 4.1.4.
Mövzu: Feli bağlamanın digər nitq hissələrindən fərqləndirilməsi.
Məqsəd:
1. Feli bağlamanı digər nitq hissələrindən fərqləndirir.
2. Cümlədə omonim şəkilçili sözlərin oxşar və fərqli cəhətlərini göstərir.
2. Cümlədə feli bağlamaları və feli bağlama tərkiblərini tapır.
3. Feli bağlamaların yazılışı ilə bağlı
qaydalara əməl edir,
durğu işarələrindən
yerində istifadə edir.
İnteqrasiya: Ə. 1.1.1., 2.1.1
.
İş forması: kollektivlə iş və qrup işi.
İş üsulu: beyin həmləsi.
Resurs: iş vərəqləri, İKT.
Dərsin gedişi
Motivasiya
Proyektorda göstərilmiş mətndə işarənlənmiş
sözlərin struktur-semantik
xüsusiyyətləri müəyyənləşdirilir.
Tədqiqat sualı:
Feli bağlamanın digər nitq hissələrindən fərqləndirən xüsusiyyətlər hansılardır?
Tədqiqatın aparılması.
Müəllim şagirdlərə verilmiş nümələrdə
qara hərflərlə işarələnmiş sözlərin
fərqini
müəyyənləşdirmələrini tapşırır.
Gülümsərov oxumamış alimdir.
Dərslərini oxumamış gəzməyə getmə.
Başını üzməmiş buradan get.
Allah bilib, dəvəyə qanad verməyib.
Səhvini başa düşüb üzr istəmək istədi, amma artıq gec idi.
Ayılanda ətrafında heç kimi görmədi, hamı çıxıb getmişdi.
Uşaqda nə günah, günah belə şeyləri ona deyəndədir.
Göyçayın gülöyşə narından çantam tutunca yığdım.
Yol boyunca ağaclar əkilmişdi.
Bu xəbəri eşidər-eşitməz sənin yanına gəldim.
Kor tutduğunu buraxmaz.
Məktubu dönə-dönə oxudum.
Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan - tərə bata-bata
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax. (S.Vurğun)
Sonra şagirdlər müəllimin köməyi ilə feli bağlamaların hansı mənanı ifadə etdiyini
göstərir.
Onlar çörəyi tikə-tikə kəsib yeyirdilər.