VI sinif
1.1.1. Danışanın məlumat-
larına əsasən onun məqsədini
(məqsədlərini) şərh edir.
Mətnin məzmununun müəyyənləşdirilməsi, əldə olunan məlumatlardakı fakt və
nümunələrin təhlil edilməsi. Nəticəyə əsaslanaraq məlumatların şərh edilməsi, danışanın
məqsədinin izah edilməsi.
Məlumat, məqsəd, şərh
etmə, mətnin məzmun,
şərh etmə
1.1.2. Dinlədiyi məlumatı
yığcam şəkildə ümumiləşdirir.
Dinlədiyi məlumatlardan fakt və nümunələrə aid qeydlərin götürülməsi, mətnin
məzmununun yığcam şəkildə ümumləşdirilməsi.
Dinlənilən məlumat,
yığcamlıq,
ümumiləşdirmə
1.2.1. Şifahi məlumat üçün
əsas fikrin təqdimetmə
formasını və yanaşma tərzini
müəyyənləşdirir.
Nəqletmə, inandırma, təsviretmə və s. üsullardan istifadə etməklə nitqin təqdim edilməsi,
məqsədəuyğun yanaşma tərzi ilə şifahi nitqin nümayiş etdirilməsi.
Şifahi məlumat, əsas fikir,
təqdimetmə forması,
yanaşma tərzi,
müəyyənləşdrimə
1.2.2. Dinləyən şəxsin əsas
fikri və anlayışları başa
düşməsinə kömək etmək üçün
mühüm məqamları vurğulayır.
Danışarkən nitqin məzmunu ilə bağlı mühüm məqamların müəyyən edilməsi, dinləyənin
əsas fikri və anlayışları başa düşməsinə kömək etmək üçün həmin məqamların
vurğulaması.
Dinləyən şəxsin başa
düşməsi, əsas fikir, əsas
anlayış, mühüm
məqamları vurğulama
1.2.3. Nitqində intonasiya və
ritmdən düzgün istifadə edir.
Şifahi nitq zamanı əsas tələblərə əməl edilməsi: məzmuna uyğun intonasiya və ritmin
müəyyənləşdirilməsi, onlardan düzgün və yerində istifadə edilməsi.
Nitq, intonasiya, ritm,
düzgün istifadə
1.2.4. Problemlə bağlı müla-
hizələrini söyləyir.
Müzakirə zamanı hər hansı bir problemlə bağlı yaranmış müəyyən münasibət haqqında
müstəqil fikir və mülahizələrin söylənilməsi.
Müzakirə olunan problem,
müstəqil fikir və mülahizə
2.1.1. Lüğətlərdən istifadə
etməklə tanış olmadığı sözlə-
rin mənasını şərh edir.
Lüğətlərdən istifadə edilməsi, yeni mövzudakı tanış olmayan sözlərin mənasının
tapılması, onların işlənmə məqamının müəyyənləşdirilməsi və şərh edilməsi.
Oxunan mətn, tanış
olmayan söz, lüğət, məna,
müəyyənləşdirmə, şərh
2.1.2. Sözləri həqiqi və məcazi
mənada işlənməsinə görə
fərqləndirir.
Mətndəki sözlərin həqiqi və ya məcazi mənada işlənməsinin müəyyənləşdirilməsi və
onların fərqləndirilməsi.
Sözün leksik mənası,
həqiqi məna, məcazi məna
2.2.1. Mətndəki əsas fikri nə-
zərə çarpdırmaq məqsədi ilə
mühüm məqamları vurğulayır.
Mətnin məzmununun öyrənilməsi, əsas məqamların müəyyən edilməsi və onları nəzərə
çatdırmaq üçün mühüm məqamları vurğulanması
Əsas fikir, mühüm
məqam, vurğulanma
2.2.2. Mətni tərkib hissələrinə
ayırır.
Mətnin sujet xəttinin öyrənilməsi, tərkib hissələrinin – giriş, əsas hissə və nəticənin
müxtəlif fakt və nümunələrə əsaslanaraq müəyyən edilməsi və ayrılması.
Mətn, mətnin tərkibi,
giriş, əsas hissə, nəticə,
ayırma
2.2.3. Mətndəki fikir və
mülahizələrə münasibət
bildirir.
Mətnin oxunması və ya müzakirəsi zamanı rast gəlinən fikirlərə və müxtəlif mövqeli
mülahizələrə qarşı arqumentlər gətirərək münasibət bildirmə.
Məzmun, mövqe, fikir,
münasibət, arqument
gətirmə, münasibət
bildirmə
3.1.1. Müxtəlif yazı tiplərini
fərqləndirir.
Müxtəlif yazı tipləri haqqında öyrənmə, mütəmadi olaraq onlara müraciət edilə bilmə,
nəqli, təsviri, mühakimə xarakterli yazı tiplərinin müəyyənləşdirilmə və fərqləndirilmə.
Yazının tipi, nəqli yazı,
təsviri yazı, mühakimə
xarakterli yazı
3.1.2. Mətni mövzuya uyğun
fakt və hadisələrlə
zənginləşdirir.
Yazılan mətnlə tanış olduqdan sonra mövzuya uyğun formalaşmış fikirlərə əsaslanaraq
mətnin müəyyən fakt və nümunələrlə zənginləşdidilməsi.
Mətn, mövzu, mövzuya
uyğun fakt və hadisə,
mətni zənginləşdirmə
3.1.3. Mətnin hissələrini,
abzaslarını əlaqələndirir.
Yazılan mətndə müəyyən olunmuş giriş, əsas hissə, nəticə hissələrinin fərqləndirilməsi
və bu hissələri təşkil edən abzasların struktur və məntiqi cəhətdən əlaqələndirilməsi.
Mətnin tərkibi, mətnin
hissələri, giriş, əsas hissə,
nəticə, abzas, məntiqi
əlaqə, əlaqələndirmə
3.1.4. Müxtəlif əməli yazılar
(ərizə, tərcümeyi-hal) yazır.
Rəsmi-işguzar üslubun işlənmə dairəsinin müəyyənləşdirilməsi, dil xüsusiyyətlərinə
qoyulmuş əsas tələblərlə tanış olma, işgüzar üsluba aid əməli yazı nümunələrinin
fərqləndirilməsi və onlara əməl etməklə müxtəlif yazıların –ərizə, tərcümeyi-halın
yazılması.
Əməli yazı, ərizə,
tərcümeyi-hal
4.1.1. Cümlənin qrammatik
əsasını müəyyənləşdirir.
Sadə cümlələrin qrammatik əsasının müəyyən olunması, suallar verərək mübtədanın və
xəbərin tapılması.
Cümlə, qrammatik əsas,
mübtəda, xəbər
4.1.2. Sözün qrammatik
mənasını kontekstə uyğun izah
edir.
Sözlərə sual verilməsi, qrammatik mənasının müəyyən edilməsi, onların hansı nitq
hissəsinə aid olmasının, həmin nitq hissəsinə məxsus hansı qrammatik xüsusiyyətləri
daşımasının, işlənmə yerinə görə digər nitq hissələri ilə omonimliyinin izah edilməsi.
Sözün qrammatik mənası,
nitq hissəsi, kontekst,
omonim sözlər
4.1.3. O, bu əvəzliklərindən
sonra vergüldən düzgün
istifadə edir.
O, bu əvəzliklərinin cümlədə mövqeyindən (mübtəda olub-olmaması) və digər nitq
hissələri ilə əlaqəsindən (özündən sonra hansı nitq hissəsinin gəlməsi) asılı olaraq
vergüldən düzgün istifadə edilməsi.
O, bu əvəzlikləri, cümlədə
mövqe, vergül
4.1.4. Əsas nitq hissələrinin
yazılışı ilə bağlı qaydalara
əməl edir.
Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edilməsi
Əsas nitq hissəsi, yazılış
qaydası
Dostları ilə paylaş: |